Siyasət

Siyasi şərhçi: "Gürcüstan münaqişənin həllində aparıcı rol oynaya bilməz" 

Aytac Məmmədli
28 İyul, 2021
175

Sosial Media

"Gürcüstanın nə resursu, nə potensialı, nə də təsir imkanları Qarabağ münaqişənin həllində ciddi rol oynamağa imkan verir".  
 
Siyasi şərhçi Rauf Mirqədirov "Toplum TV"-yə belə deyir.  
 
"Sputnik Armeniya" xəbər verir ki, Tbilisidə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Rik Dams Gürcüstanın Azərbaycan və Ermənistan razılaşmasında aparıcı rol oynaya biləcəyini deyib.  
 
R. Mirqədirovun sözlərinə görə, ümumiyyətlə, Parlament Assambleyasının gücü və imkanları münaqişələri həll etmək iqtidarında deyil: "Gürcüstan münaqişənin həllində aparıcı dövlət ola bilməz. Bu dövlətin regiondakı rolunu və hər iki ölkəylə normal münasibətini nəzərə alsaq, sadəcə, müəyyən bir dialoq məkanı formalaşdıra bilər. Onsuz da 1990-cı illərin ortalarından bəri bu funksiyanı icra edir, Parlament diplomatiyası, jurnalistlər arasında gedən görüşlər burada keçirilir". 

Rauf Mirqədirov - Sosial Media

Siyasi şərhçinin dediyinə görə, Gürcüstan, sadəcə, xırda problemlərin həllində vasitəçi kimi çıxış edib: "Məsələn, əsirlərin Ermənistana, mina xəritələrinin isə Azərbaycana qaytarılmasında. Münaqişənin gedişatında təsir imkanına malik dövlət isə Rusiyadır. Gürcüstan Rusiya ilə müqayisə oluna bilməz".  
 
"Gürcüstanın potensialı Rusiyanı əvəz etməyə bəs etməz. Əvvəllər Minsk Qrupu yeganə format kimi iştirak edirdi, indi Rusiya ayrıca vasitəçidir. Bu da Minsk Qrupunun, Qərbin təsir imkanlarını daraldıb",- siyasi şərhçi belə söyləyib.  

Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar