Siyasət

Siyasi şərhçi: “Qarabağ cəbhə bölgəsi deyilsə, əsgərlərin orda nə işi var?”

Aytən Zamanova
1 Mart, 2021
2346

modern.az

"Əvvəl cəbhə bölgələri, təmas xətti var idi. Bakıda işləyənlər 750 manat, cəbhə bölgəsində qulluq edənlərsə ikiqat maaş alırdılar - təxminən 1400-1500 manat. İndi onlara da  750 manat maaş alırlar, Bakıda xidmət edənlər də".

Hərbçi qardaşının maaşının azaldılmasından şikayətlənən Sahil Quliyev “Toplum TV”-yə belə deyir.  

Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında deputat Azay Quliyev də ağır şəraitdə qulluq edən hərbçilərin maaşlarının azaldılmasına münasibət bildirib.

O deyib ki,  yaranmış yeni situasiya ilə əlaqədar ödənişlər fərqli şəkildə həyata keçirilir və bu, həm deputatları, həm də sıravi vətəndaşları narahat edir.  Parlamentin spikeri Sahibə Qafarova isə deputata belə cavab verib:  "Hazırda Qarabağ döyüş bölgəsi deyil".

Ədalət Verdiyev - Sosial media

Hərbi ekspert Ədalət Verdiyev Qarabağın döyüş bölgəsi olmaması fikri ilə razı deyil: "Qarabağda erməni təxribatları bitməyib. Sülh müqaviləsi bağlanmayıb. Ona görə də Qarabağ hələ də zabitlərin, gizirlərin çətin şəraitdə xidmət etdiyi ərazidir". 

Ekspert ikiqat maaşın kəsilməsinə dair qərarın vaxtından tez verildiyini düşünür: “Müəyyən əmsallar tətbiq etməklə, maaşlar mütləq bərpa edilməlidir".
“Toplum TV”-yə danışan siyasətçilərin də, ekspertlər də üçtərəfli bəyanat imzalandıqdan sonra azərbaycanlı hərbçilərin bir neçə dəfə anti-terror əməliyyatı  keçirdiklərini, itkilər verdiklərini xatırladır və yeni toqquşmaların istisna olmadığını, təhlükənin qaldığını deyirlər. 

Rauf Mirqədirov-Sputnik.az

Siyasi şərhçi, jurnalist Rauf Mirqədirov səsləndirələn fikri cəfəng hesab edir: "Necə yəni döyüş bölgəsi deyil? Bəs haradır? Bəlkə bütün Dağlıq Qarabağ bu gün Azərbaycan ordusunun nəzarəti altındadır? Bəlkə bu gün orda Rusiya sülhməramlıları yerləşdirilməyib? Bəlkə ərazimizin bir hissəsi hələ də separatçı rejimin nəzarəti altında deyil? Bəlkə Azərbaycan prezidenti İlham Əliyev bu gün çıxışında deməyib ki, vəziyyət gərgindir, Ermənistanda revanşist əhval-ruhiyyə baş qaldırıb, Dağlıq Qarabağda Ermənistan ordusu öz gücünü bərpa etmək istəyir?"

R.Mirqədirov hesab edir ki, Azərbaycanda yüksək siyasi postlara heç bir siyasi təcrübəsi olmayan insanlar təyin edilirlər və onlar da çox böyük səhvlərə yol verirlər: "Siyasətçiyə yaraşmayan fikirlər səslənir. Bu cür fikirləri nə cür şərh etmək olar? Qarabağ cəbhə bölgəsi deyilsə, əsgərlərin orda nə işi var? Bizim gənclərimiz, qohum-qardaşlarımız hazırda orda soyuqdan, şaxtadan donurlar. İnsanlar minalara düşüb ölürlər. Bu gün də ölürlər, dünən də ölürdülər".
Müsavat Partiyasının başqanı Arif Hacılı Qarabağın döyüş bölgəsi olduğunu vurğulayır: "Bu ərazidə hələ minaların təmizlənməsi prosesi gedir. Müxtəlif təxribatlar var. 10 noyabr razılaşmasından sonra 20-dək hərbi qulluqçu minaya düşərək dünyasını dəyişib. 4 nəfər hərbi qulluqçunu və bir nəfər mülki şəxsi erməni diversantları öldürüb".

Arif Hacılı - Aznews

A.Hacılının sözlərinə görə, həmin ərazidə hələlik hərbi xidmət üçün zəruri olan infrastruktur -  kazarmalar, hospitallar, hərbçilər üçün normal yaşayış binaları yoxdur: "Ona görə də “Müharibə bitib və maaşları azaltmaq olar” fikri tamamilə yanlışdır. Azərbaycan parlamentinin rəhbərinin belə bir bəyanat verməsi xüsusi təəssüf doğurur”. 

Partiya başqanı 2020-ci ilin oktyabrında, eləcə də 2021-ci ilin yanvarında tərxis edilməli hərbçilərin hələ də hərbi qulluqda olduğuna diqqət çəkir: "Onlar hərbi xidmətlərini konstitusiyada nəzərdə tutulan müddətdən artıq davam etdirməkdədirlər. Əgər müharibə başa çatıbsa, döyüş bölgəsində hər hansı bir problem yoxdursa, nəyə görə həmin əsgərlər tərxis olunmurlar? Bir sözlə, bu açıqlama tamamilə əsassızdır".

Zərdüşt Əlizadə - Azinforum

Siyasi şərhçi Zərdüşt Əlizadənin məsələyə münasibəti isə belədir: "Mili Məclisin qərar qəbul etmə səlahiyyəti yoxdur. Buna görə də o qurum parlament deyil".
Yanvar ayında Maliyyə Nazirliyi hərbi qulluqçuların əmək haqqının azaldılmasına  münasibət bildirmişdi. Açıqlamada deyilirdi ki,  “Hərbi qulluqçuların statusu haqqında” qanunun 10. 

2-ci maddəsinə uyğun olaraq “döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır: “İkinci Qarabağ müharibəsi zamanı Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən  ikiqat maaş veriləcək hərbi qulluqçuların sayı dəqiqləşdirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi Müdafiə Nazirliyinə müvafiq sorğular edib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq. İkiqat əmək haqqının hesablanması istinad olunan qanuna əsasən döyüş şəraitinə, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır”.

Nazirlər Kabinetinin qərarına əsasən, dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1200 metrdən 1500 metrə qədər olduqda 10%, 1500 metrdən 2000 metrədək olduqda 20%, 2000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo