Siyasət

Siyasi şərhçi: "Rusiya istəsə, Ermənistan KTMT-dən istifadə edə bilər"

Məzahir Abdurahmanov
29 İyul, 2021
367

Sputnik

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik etməsi qurumun regional siyasətini dəyişməyəcək. Bu, sadəcə, rotasiya üsüludur".
 
Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Zaur Əkbər deyib.
 
Ermənistan 16 sentyabr 2021-ci ildən KTMT-nin sədrik edəcək.
 
"Hesab edirik ki, KTMT mövcud vəziyyətə uyğun cavab verməlidir, çünki bu, təşkilatın öhdəliyidir. 16 sentyabrdan etibarən Ermənistanın bütün sonrakı nəticələri ilə KTMT-nin sədri olacağına diqqət yetirmək lazımdır”, - bunu "Mənim Adım" blokunun deputatı Ruben Rubinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib/

Zaur Əkbər - VOA


 Z.Əkbər deyib ki, KTMT Rusiyanın təşəbbüsü ilə yaranan bir qurumdur: “Orada gedən bütün proseslərə Rusiya nəzarət edir. Azərbaycanın Rusiya ilə üzdə görünən normal münasibətləri var. Onun razılığı olmadan hansısa bir addımı atmaq mümkün deyil”.
 
“Ancaq Rusiya burada hansısa balansın dəyişilməsini, Azərbaycana qarşı hansısa təxribatların alovlanmasını istəsə, Ermənistan sədrlikdən istifadə edə bilər. İndiki şəraitdə bu, mümkün deyil”, - şərhçi qeyd edib.
 
O hesab edir ki, Ermənistanın son zamanlardakı mövqe dəyişikliyi və Rubinyanın çıxışı təxribatdır: “Bunlar Ermənistan tərəfinin imitasiyasıdır. Zənnimcə, Ermənistan 5 il KTMT-nin sədrlik prosedurunu həyata keçirsə də, ciddi dəyişikliklər olmayacaq”.

Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar