Siyasət
Siyavuş Novruzov: “Fazil Mustafanın da, Etibar Əliyevin də dediklərini müsbət dəyərləndirirəm”
1 İyul, 2020
2056
"Deputatlar xalq tərəfindən seçilməsələr də, parlamentdə xalqı təmsil edir. Ünvanlarına deyilən təhqiramiz ifadələrə dözmək onların borcudur, lakin belə ifadələrdən istifadə etmələri yolverilməzdir”. 

Son günlərdə millət vəkillərinin nitqlərində rast gəlinən təhqiramiz ifadələri şərh edərkən Müsavat başqanı Arif Hacılı Toplum tv-yə belə deyib. 

İyunun 8-də Milli Məclisin deputatı Fazil Mustafa Dadaş Bünyadzadə küçəsində polisin əməllərini pisləyənləri "it sürüsü” adlandırıb. 

Bir neçə gün əvvəl isə digər deputat Etibar Əliyev öz feysbuk profilində bloger Mehman Hüseynova "şərəfsiz” deyə müraciət edib.  

Arif Hacılı isə bildirir ki, bu kimi məsələlər kimlərinsə mülahizələri ilə yox, qanunla tənzimlənməlidir. 
 

 
"Azərbaycanda hüquqi mühit olmadığından belə məsələlər hakimiyyətin istəkləri əsasında həll olunur. Xalqın ünvanına təhqir səsləndirənlər cavabsız qalır, amma onlara qarşı kəskin ifadələrdən istifadə edənlər cəzalandırılır”, – Müsavat başqanı əlavə edib. 

O, Müsavat Partiyasının siyasi mübarizədə təhqiramiz ritorikanı, qara piar kampaniyasını qeyri-məqbul hesab etdiyini də qeyd edib. 

Seymur Həzi: "Onları xalq seçsəydi, xalqdan yana olardılar”
 

 
AXCP sədrinin müavini Seymur Həzinin fikrincə, hökumətin saxta yolla belə adamları parlamentə yığması elə öz siyasətlərinə qarşı çıxanları söydürmək məqsədi daşıyır. 

O qeyd edib ki, həm Fazil Mustafa, həm də Etibar Əliyev onları seçənlərin tərəfini saxlayıblar: "Onları xalq seçsəydi, xalqdan yana olardılar”. 

Seymur Həzi sonda bildirib ki, heç kəsin təhqirdən istifadə etməməlidir.   

Siyavuş Novruzov: "Onların dedikləri heç bir məsuliyyət yaratmır”
 

 
Milli Məclisin deputatı Siyavuş Novruzov isə Toplum tv-yə açıqlamasında Fazil Mustafanın və Etibar Əliyevin səsləndirdiyi fikirləri müsbət qiymətləndirdiyini bildirib. 

O qeyd edib ki, Etibar Əliyev əslində xalqı təhqir edən Mehman Hüseynovu təhqir edib: "Mehman dovşan paltarı geyinərəl xalqı təhqir edib. Əgər kimsə mənim təmsil olunduğum Azərbaycan xalqını təhqir edirsə, mən onu yeddi qat təhqir edərəm”. 

Siyavuş Novruzovun sözlərinə görə, deputatların dedikləri heç bir məsuliyyət yaratmır. 

"Gedin qanunları bir də oxuyun” - o, əlavə edib. 

Deputatdan məsələ ilə bağlı parlamentdə hər hansı bir tədbirin görüldüyünü soruşduqda isə o, bu barədə fikir bildirməyin səlahiyyətlərinə daxil olmadığını deyib: "Kimsə təhqir edirsə, bunun məsuliyyətini mən daşıyıram?”

Siyavuş Novruzov keçən il Milli Məclisin iclasında təhqirlərə qarşı yaxasını kənara çəkən deputatları pisləyib. 

O qeyd edib ki, söyüş söyən şəxslərə qarşılıqlı cavab verilməlidir: "Parlament haqqında deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik”. 

Fariz Namazlı: "Deputatların təhqiramiz ifadələri etik məsuliyyət yaradır”
 

 
Vəkil Fariz Namazlı isə deyir ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna görə, deputat öz fəaliyyətində insanların şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməlidir. 

Hüquqşünas qeyd edir ki, etik davranış qaydalarının pozulmasına görə, deputat Milli Məclisin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır: "Bu qaydalara əməl olunmasına nəzarət isə Milli Məclisin İntizam Komissiyası tərəfindən həyata keçirilir”. 

Fariz Namazlı bildirir ki, Fazil Mustafanın və Etibar Əliyevin istifadə etdikləri ifadələr AR Konstitusiyasının 89. maddəsinin (Azərbaycan respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının sılahiyyətlərinin itirilməsi) 7-ci bəndinə (Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) əsasən, etik məsuliyyət yaradır.  

AR Milli Məclisinin Daxili Nizamnaməsinin 45. Maddəsinin ( Milli Məclis deputatlarının parlamentdaxili məsuliyyətinin əsasları ) 1-ci bəndində deyilir: "Milli Məcıisin deputatı "Azərbaycan Respublikazsı Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarını pozduqda və ya kobud surətdə pozduqda parlamentdaxili məsuliyyətə cəlb olunur”. 

Daxili Nizamnamənin 46. maddəsində isə (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) deyilir ki, bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsində göstərilən əsaslara görə, Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirlərindən biri tətbiq edilir. 

Şəbnəm Adil
Siyasət

Tofiq Yaqublu: “Paşinyanın qalib gəlməsi bizə daha ciddi problem yarada bilər” 

Nigar Səmədli
18 İyun 2021

Al Jazeera

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.     Namizədlər arasında Ermənistanın sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi şəxslər  yer alıb.   Elman Nəsirov - Sosial Media   Bəs Azərbaycanda Ermənistanda keçiriləcək seçkilərlə bağlı proqnozlar nədir?     Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi indidən məlumdur: “Tərəflər bir-birini dövlətə xəyanətdə ittiham edir, düşmən və satqın adlandırırlar. Budəfəki seçkinin əsas özəlliyi ondadır ki, Ermənistanı idarə etmiş bütün şəxslər seçkilərə qatılıb və bu da seçki prosesinə əlavə gərginlik gətirir. İlkin proqnozlar göstərir ki, əsas namizədlər...
Siyasət

Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

18 İyun 2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı barədə ehtimallara şərh verməkdən imtina edib.  "RIA Novosti"-nin iyunun 18-də verdiyi məlumata görə, o, bu iddiaları şayiə adlandırıb.  "Biz bu məsələni müzakirə etməmişik və biz şayiələrə şərh vermirik", - deyə Rusiyanın baş diplomatı vurğulayıb.  Bir neçə gün əvvəl Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Hərbi Qüvvələrinin bazasının yaradılması fikrini istisna etməmişdi.  "Bu məsələnin [hərbi bazanın yaradılması] inkişafı mümkündür. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə apardığı məsləhətləşmələrdən sonra təkmilləşə bilər. Həmçinin bizim danışıqlarımız prosesində də...
Seçilmiş Videolar