Siyasət

SOCAR-ın üç vitse-prezidenti vəzifəsindən azad edildi

19 İyul, 2021
93

Rəsmi səhifə

Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

Bununla bağlı iyulun 19-da Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Daha bir Sərəncamla isə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Hər üç Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Siyasət

Azərbaycan İsraildə ilk rəsmi nümayəndəliyini açdı - reaksiyalar

Məzahir Abdurahmanov
29 İyul 2021

Rəsmi səhifə

"Azərbaycanla İsrail münasibətlərinin güclənməsinə İran ciddi reaksiya verməyəcək”. Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Azər Qasımlı deyib. Bu gün İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılıb. İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” səhifəsində məsələyə belə münasibət bildirib: “Həmin o gün gəldi. Bu gün biz Azərbaycan rəsmilərini İsraildə ticarət nümayəndəliyinin açılışı ilə bağlı qarşılayırıq. Bu, ölkədəki ilk rəsmi mövcudluğudur. İndi Azərbaycanın İsraildə ilk rəsmi evi var! Bu gün aramızdakı əlaqələr tarixində mühüm bir gündür. Nazir M.Cabbarov və nazir Y.Razvozov birgə lenti kəsərək Azərbaycanın İsraildəki ticarət nümayəndəliyini açıblar”. Azər Qasımlı - Sosial Media A.Qasımlı hesab edir ki, İsraildə Azərbaycanın ticarət nümayəndəliyinın açılmasını İran təbii...
Siyasət

Siyasi şərhçi: "Rusiya istəsə, Ermənistan KTMT-dən istifadə edə bilər"

Məzahir Abdurahmanov
29 İyul 2021

Sputnik

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik etməsi qurumun regional siyasətini dəyişməyəcək. Bu, sadəcə, rotasiya üsüludur".   Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Zaur Əkbər deyib.   Ermənistan 16 sentyabr 2021-ci ildən KTMT-nin sədrik edəcək.   "Hesab edirik ki, KTMT mövcud vəziyyətə uyğun cavab verməlidir, çünki bu, təşkilatın öhdəliyidir. 16 sentyabrdan etibarən Ermənistanın bütün sonrakı nəticələri ilə KTMT-nin sədri olacağına diqqət yetirmək lazımdır”, - bunu "Mənim Adım" blokunun deputatı Ruben Rubinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib/ Zaur Əkbər - VOA  Z.Əkbər deyib ki, KTMT Rusiyanın təşəbbüsü ilə yaranan bir qurumdur: “Orada gedən bütün proseslərə Rusiya nəzarət edir. Azərbaycanın Rusiya ilə...
Seçilmiş Videolar