Sergey Şoyqu - rbc.ru
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bu barədə TASS fevralın 27-də məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Sergey Şoyqu və Vaqarşak Harutyunyan ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunublar.
Şoyqu bölgədəki vəziyyət və Rusiya sülhməramlılarının tapşırıqları necə yerinə yetirdiyi barədə də Vaqarşak Arutyunyanla fikir mübadiləsi aparıb.
"Söhbət əsnasında tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, bölgədəki mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda tapşırıqları yerinə yetirdiyi əraziləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - xəbərdə belə deyilir.
Müdafiə nazirləri bundan əvvəl - fevralın 25-də də telefonla danışıblar.
Bu məlumatı isə Ermənistanın Müdafiə Nazirliyi yaymışdı.
Bildirilirdi ki, Şoyqu və Arutyunyan Ermənistandakı daxili siyasi vəziyyəti də müzakirə ediblər.
Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"
Sosial media
Açıq mənbələrdən götürülüb
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış