Siyasət

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları istefa verib  

Aytac Məmmədli
5 Avqust, 2022
414

Sputnik

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları – Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva istefa verib. 
 
"APA"-nın məlumatına görə, istefanın səbəbi redaktorlardan Azərbaycanın mövqeyinə qarşı materialın verilməsi tələbi olub.  
 
Belə ki, redaktorlardan Müdafiə Nazirliyinin “Qisas” əməliyyatı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatını vermək tələb edilib. 
 
Adıçəkilən redaktorlar isə bundan imtina edərək istefa ərizələrini yazaraq rəhbərliyə təqdim edib. 

https://toplum.tv/siyaset/rusiyanin-herbi-gemileri-bakiya-gelib-83407
 
Redaktorlardan biri - Gülzar Mustafayeva "Feysbuk" hesabında olanlara münasibət bildirib.  
 
"Mən və bəzi həmkarlarım öz növbəmizdə Azərbaycanın mövqeyini müdafiə edərək mümkün olan və olmayan hər şeyi etdik. Mən Azərbaycan vətəndaşı kimi buradakı işimdən utanmıram, hər mövzuda vicdanım rahatdır. Bizi əymək istəyəndə buna son qoyub getdik", - G. Mustafayeva belə yazıb.  
 
Yeri gəlmişkən, bu ilin iyununda da “Sputnik Azərbaycan”-ın şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı, saytın mətbuat mərkəzinin prodüseri Pavel Antonov ölkə ərazisində işləmək üçün icazə vaxtının uzadılmasına imtina cavabı almışdılar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

İsxaq Hersoq: Azərbaycan və İsrail strateji əlaqələri bütün regiona təsir edir

30 May 2023

President.az

İsxaq Hersoqun bu gün, mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü baş tutub.  Görüş zamanı o, Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib:  "Azərbaycan və İsrail arasındakı əlaqələr müsəlmanlarla yəhudilərin sülh içində birgəyaşayışına, açıq dialoq apara biləcəyinə, birlikdə gözəl işlər görə biləcəyinə və dünyanı daha yaxşı edə biləcəklərinə dair mesaj verir". https://toplum.tv/multimedia/pbakida-israil-sefirliyi-oumlnuumlnde-aksiyap Hersoq Azərbaycan və İsrailin strateji əlaqələrinin sülh, firavanlıq və inkişaf istiqamətində bütün regiona təsir etdiyini vurğulayıb. “Sizi İsraildə qonaq etməyi səbirsizliklə gözləyirəm”, - deyə İsrailin dövlət başçısı İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.  Azərbaycan Prezidenti isə öz növbəsində qeyd edib ki, bu səfər iki ölkə arasında dostluq münasibətlərinin...
Siyasət

Ermənistanla sərhəddə və Qarabağda atəşkəs pozulub

30 May 2023

Rəsmi səhifə

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub. Toplum TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Ermənistan bölmələri Azərbaycanın Tovuz, Kəlbəcər və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. https://toplum.tv/siyaset/pqarabag-seperatccedililari-eliyeve-cavab-verdip Həmçinin Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulduğu xəbər verilib.  "Qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - deyə Müdafiə Nazirliyindən bildirilib. 

Seçilmiş Videolar

Toplum TV loqo