Siyasət

Taleh Bağırzadə aclığı dayandırdı 

Aytac Məmmədli
23 İyun, 2022
211

Açıq mənbələrdən götürülüb

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə Qobustan həbsxanasında aclıq aksiyasını dayandırıb.  
 
Köməkçisi Elçin Qasımov bu gün, iyunun 23-də "Feysbuk" hesabında Taleh Bağırzadənin məktubunu paylaşıb. Məktubda deyilir ki, o, çoxsaylı çağırışlar, aclıq aksiyasına qoşulan şəxslərin səhhətində yaranan problemlər və yaxınlarının narahatlığı səbəbindən aclığı dayandırıb.  
 
"Ancaq mübarizəni əsla dayandırmırıq. Bundan sonra nə qədərki hakim rejim tərəfindən Allahı söyərək təhqir edən, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan halların qarşısı alınmayana kimi, həmin cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək. Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik",- deyə T. Bağırzadə bildirib.  
 
Taleh Bağırzadə iyunun 3-də aclıq aksiyasına "inanclı fəallara işgəncə verərkən Allahı söyən" polis əməkdaşlarının cəzalandırılması tələbi ilə başlamışdı. Aksiyaya daha bir neçə inanclı məhbus qoşulmuş, müxtəlif vaxtlarda bununla bağlı aksiyalar keçirilmişdi.  
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə "polisin dinimizi təhqir etməsi barədə iddiaları" təkzib edirdi.

Siyasət

Demokratik Təşəbbüslər İnstitutu yeni hesabat yaydı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda dövlət səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını həyata keçirən və bu icraya nəzarət edən vahid bir qurum yoxdur.  Bu barədə Demokratik Təşəbbüslər İnstitutu tərəfindən (IDI) “Şəxsi və Ailə Həyatına Hörmət Hüququ (Konvensiya, maddə 8) ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə” dair hazırladığı hesabatda bildirili.  Hesabatda şəxsi və ailə həyatına hörmət hüququ,bu hüquqa olan təminatlar, o cümlədən AİHM qərarlarının hüquqi qüvvəsi nəzərdən keçirilib, yerli və beynəlxalq qanunvericilik analiz edilib.  Araşdırmada AİHM tərəfindən Azərbaycana qarşı 8-ci (“Şəxsi və ailə həyatına hörmət hüququ”) maddə altında çıxarılan və pozuntusu tanınan 16 qərarın qısa təsviri və həmin qərarların icra vəziyyəti,...
Siyasət

Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi

Leyli Cəfərova
6 İyul 2022

Açıq mənbələrdən götürülüb

“Sənədlərin hazırlanması üçün Ramin Hacılıya 4500 manat pul verdim. Sənədlər arasında AXCP üzvü olmağım barədə arayış da var idi. Ancaq belə heç bir partiyanın üzvü deyiləm”. Bunu iyulun 6-da Azərbaycan Avropa Hərəkatının həbsdə olan rəhbəri Ramin Hacılının məhkəməsində şahid qismində dindirilən Elnur Qəmbərov dedi. O, bu sənədlərin ona Almaniyaya getmək üçün lazım olduğunu söylədi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov şahiddən Almaniyaya getməsinin səbəblərini soruşdu. O bildirdi ki, azyaşlı övladı xəstədir, məqsədi onu Almaniyaya apararaq müalicə etdirmək olub: “Burda müalicələr təsir etmirdi, məcbur oldum ki, Almaniyaya getməyin yollarını tapım. Soraqlayıb bu şirkəti tapdım, Ramin Hacılı mənə sənədlərin toplanmasında kömək...

Seçilmiş Videolar

Toplum TV loqo