Siyasət

Ter-Petrosyan: "Dünya Qarabağı Azərbaycanın ərazisi hesab edir, hər şey bitib"

16 İyun, 2021
1777

Sosial Media

"Qarabağ probleminin həlli üçün ən münasib dövr 1994-cü il idi. Azərbaycan onda çox acınacaqlı vəziyyətdəydi, status məsələsi həll olunmamışdısa da, Dağlı Qarabağ Muxtar Vilayətinin bütün ərazisi qalırdı, Laçın dəhlizi də həmçinin, sülhməramlılar gələcəkdi".

"Novosti-Armeniya" saytının məlumatına görə, bunu Ermənistan Respublikasının ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan deyib. 

Onun sözlərinə görə, "itirilmiş ərazilərin" müntəzəm surətdə qaytarılması fikri absurddur. 

"Bu məsələdə müttəfiqimiz yoxdur, heç vaxt da olmayıb. İndi hər şey daha da çətinləşib, əvvəllər bizim qarşılıqlı güzəşt imkanımız varıydı, indi isə yoxdur. Biz bu fürsəti əldən qaçırdıq. Bizim heç nəyimiz yoxdur, Ermənistanın səsi heç nəyi həll eləmir", - Ter-Petrosyan vurğulayıb.

O, ölkənin ikinci prezidenti Robert Koçaryanın Şuşa və Hadrutu geri qaytarmaq barədə bəyanatını təhlükəli hesab edib.

"Bu problemlərə gətirib çıxarar. Hazırda orda Azərbaycan qoşunları dayanıb, belə bir şey ancaq müharibəylə mümkün ola bilər. Belə çıxır ki, Robert Koçaryan yeni müharibə vəd edir. Azərbaycanı geri çəkilməyə kim vadar edəcək? Bütün dünya Qarabağı Azərbaycan ərazisi hesab edir. O, ərazinin bir hissəsini bərpa edib, heç kim Azərbaycanı qınamadı. Bu dünyanın qanunlar belədir. Bizi məcbur etməyə çalışırlar ki, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğuyla razılaşaq. Artıq heç nə bizdən asılı deyil, hər şey bitib", deyə Ter-Petrosyan qeyd edib. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo