Siyasət

Ter-Petrosyan: "Ermənistanla Azərbaycan arasında sovet sərhədləri tanınmalıdır"

10 İyun, 2021
443

Açıq mənbələrdən götürülüb

"Ermənistanla Azərbaycan arasında sovet sərhədləri tanınmalıdır, bunun alternativi yoxdur"

"Sputnik Ermənistan"ın iyunun 10-da verdiyi məlumata görə, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan arasında baş verən sərhəd böhranına münasibət bildirərkən deyib. 

İyunun 20-də ölkəsində keçiriləcək parlament seçkilərində iştirak edəcək Erməni Milli Konqresi Partiyasına rəhbərlik edən siyasətçi fikirlərinə belə aydınlıq gətirib:

"Söhbət Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağından getmir. BMT-nin timsalında beynəlxalq ictimaiyyət keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək mümkün deyil. Ermənistanla Azərbaycan arasında sərhəd - sovet sərhədidir".

O həmçinin qeyd edib ki, rəsmi müqavilə imzalanmaya qədər sərhəddə insidentlər davam edəcək.

Sabiq prezident mətbuat konfransında bildirib ki, Ermənistan ciddiləşməlidir, əks təqdirdə, bu çox pis nəticələrə gətirib çıxaracaq. 

Onun sözlərinə görə, 1997-ci ildə Ermənistanın ciddiləşməsi üçün fürsət yaranmışdı, indi də oxşar situasiya yaranıb. 

"Onda mən öz proqramımı heç bir halda həyata keçirməyim deyə, Vazgen Sarkisyan, Robert Koçaryan və Serj Sarqsyan qəti mövqe tutmuşdular. Halbuki Azərbaycan son 23 ildə ən çox onda sənədləri imzalamağa yaxın idi. Ancaq mən öz proqramımı həyata keçirməyə cəhd etsəydim, onda Ermənistanda vətəndaş müharibəsi başlayardı. Mən mübaliğə etmirəm. Bundan qaçmaq üçün mən istefaya getdim", - deyə Ter-Petrosyan 1998-ci il hadisələrinə münasibət bildirərkən deyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo