Siyasət

"Tərtər işi" ilə bağlı 7 nəfər həbs olunub

19 Aprel, 2022
1083

açıq mənbədən götürülüb

“Tərtər işi” üzrə ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.

Məlumatı aprelin 19-da Baş Prokurorluq yayıb.

Məlumata görə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.

"İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir"-, Prokurorluq bildirir.

Baş Prokurorluq qeyd edir ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilmiş protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, həmçinin birinci instansiya məhkəmələri tərəfindən qeyd olunan işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul olunub.

«Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla digər cinayətlərə görə məhkum olunmuş daha 10 şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edilib” – məlumatda deyilir.

Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən 7 nəfər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, bir nəfər isə istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.


 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vaşinqtondan Bakıya sanksiya hədəsi: Azərbaycansız Cənubi Qafqaz?

Toplum TV
3 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

"ABŞ regionda öz siyasi diskursunu həyata keçirmək istəyirsə, Azərbaycanla dil tapmağı bacarmalıdır"  Bu sözləri Toplum TV-yə açıqlamasında, siyasi araşdırmaçı Fərhad Məmmədov ABŞ Senatına Azərbaycan əleyhinə təqdim edilən qanun layihəsi ilə bağlı bildirib. Oktyabrın 2-də ABŞ senatoru Qeri Piters Vaşinqtonun rəsmi Bakıya təhlükəsizlik sahəsində yardım göstərməsini qadağan edən qanun layihəsini Senata təqdim edib. Azərbaycanın "Qarabağ ermənilərə qarşı davam edən hücumlarına" cavab olaraq irəli sürüldüyünü bəyan edən Piters, ABŞ Maliyyə Nazirliyini və Dövlət Departamentini "hərbi hücumlar və Dağlıq Qarabağın blokadasına" görə bəzi Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyalara çağıran digər senatorlara qoşulub. “Azərbaycan hökuməti açıq şəkildə göstərdi ki, o, Ermənistan və "Dağlıq Qarabağ...
Siyasət

Baş Prokurorluq: İranda Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar çıxarılmayıb

3 Oktyabr 2023

Rəsmi səhifə

Azərbaycanın Baş Prokurorluğu İran məhkəməsinin Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı ölüm hökmünün çıxarması ilə bağlı xəbərləri təkzib edib. Toplum TV xəbər verir ki, bu barədə oktyabrın 3-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.  "İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib. https://toplum.tv/dunya/ptehran-azerbaycan-sefirliyinin-tezlikle-fealiyyete-baslayacagina-uumlmid-edirikp Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək", - məlumatda qeyd olunub. Qeyd edək ki, oktyabrın 2-də yerli mətbuat Azərbaycan Dövlət...

Seçilmiş Videolar

Toplum TV loqo