Tərtərdə Hüquqi Özbaşınalıq Qurbanlarının Hüquqlarını Müdafiə Komitəsi yaradılıb
APA
Bu barədə fevralın 22-də "Turan" agentliyi xəbər verib.
Məlumata görə, komitəyə aşağıdakılar daxildir:
1. Sədr - Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun direktoru;
2. Həmsədr – Nəsir Əliyev, günahsız mühakimə olunmuş Emil Əliyevin atası;
3.Validə Əhmədova, işgəncələrdən ölmüş Elçin Quliyevin anası;
4. Kamal Qasımov, günahsız mühakimə olunmuş Məcid Qasımovun atası;
5. Nəriman Babayev, günahsız mühakimə olunmuş Orxan Babayevin atası;
6. Mehman Əliyev, günahsız mühakimə olunmuş Nasif Əliyevin atası;
Komitənin məqsədi:
- Bu uydurma iş üzrə mühakimə olunanların hamısının azad edilməsi;
- İşgəncələr altında ölənlərin hamısının reabilitasiyası və şəhid Şəhid adının verilməsi;
- Ölkənin hərbi prokuroru Xanlar Vəliyevdən tutmuş amansız repressiyalarda günahkar olan bütün hərbçilərin cinayət məsuliyyətinə cəlb edilməsi.
Komitə mütəmadi olaraq virtual konfranslar keçirməyi və işini beynəlxalq hüquq müdafiə təşkilatları (ОМСТ, AI, HRW, IDREAM), AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri, ATƏT, Aİ, ABŞ Dövlət Departamenti və s. ilə əlaqələndirməyi planlaşdırır.
Tərtər işi 2017-ci ildə yaranıb. Ölkənin Baş Prokurorluğu, Müdafiə Nazirliyi, DİN və Dövlət Təhlükəsizliyi Xidməti may-iyun aylarında kütləvi repressiyalar keçiriblər, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri onların qurbanları olub.
Təkcə 7 may 2017-ci il tarixində 47 nəfər həbs olunub və 17 mayda həbs olunanların sayı artdı. Dövlətə xəyanətdə (AR CM-in 274-cü maddəsi) ittiham olunan vətəndaşlar işgəncələrə məruz qalıblar. Nəticədə artıq 2017-ci ilin mayında 11 nəfər vəfat edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür