Siyasət

Tofiq Yaqublu: “Paşinyanın qalib gəlməsi bizə daha ciddi problem yarada bilər” 

18 İyun, 2021
1489

Al Jazeera

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.  
 
Namizədlər arasında Ermənistanın sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi şəxslər  yer alıb.  

Elman Nəsirov - Sosial Media


 
Bəs Azərbaycanda Ermənistanda keçiriləcək seçkilərlə bağlı proqnozlar nədir?  
 
Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi indidən məlumdur: “Tərəflər bir-birini dövlətə xəyanətdə ittiham edir, düşmən və satqın adlandırırlar. Budəfəki seçkinin əsas özəlliyi ondadır ki, Ermənistanı idarə etmiş bütün şəxslər seçkilərə qatılıb və bu da seçki prosesinə əlavə gərginlik gətirir. İlkin proqnozlar göstərir ki, əsas namizədlər Ermənistanın ikinci prezidenti Koçaryan ilə Paşinyandır. Son sorğuların nəticələrinə görə, Paşinyana dəstək verənlərin faizi 22,4 , Koçaryana isə 20,6 faizdir. Göründüyü kimi, aralarındakı fərq 2 faizdən də azdır. Bu baxımdan seçkilərdə ikinci turun keçirilməsi istisna deyil. Amma ümumilikdə seçkilər nə qədər gərgin keçsə də, Paşinyanın qalib gəlmə şansı Koçaryandan bir qədər üstündür. Koçaryan Qarabağ klanının nümayəndəsi olduğu üçün və 20 il ərzində bu klan Ermənistanı bərbad duruma saldığı üçün ona etimad yoxdur. Sadəcə, Paşinyanı məğlubiyyətdə ittiham edərək süni yolla səs qazanmaq istəyirlər”. 
 
"Ermənistan ağır bir dövrünü yaşayır” 
 
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu nəticələrlə bağlı qəti fikir bildirməyə çətinlik çəkdiyini deyir: “Rusiyanın müdaxiləsi olmasaydı, əminliklə deyə bilərdim ki, kiçik fərqlə də olsa, Paşinyan qalib gələcək. Böyük fərqlə qalib gələ bilməz, çünki müharibəni uduzub. Amma Rusiyanın müdaxiləsi və Koçaryanı açıq müdafiə etməsi seçkilərin nəticələrinin tanınması yönündə ciddi problemlər yarada bilər. Rəy sorğularına görə, Paşinyan cüzi fərqlə irəlidə olsa da, bu, hər şey demək deyil. Ermənistan ağır bir dövrünü yaşayır, müharibədən məğlub çıxıb, cəmiyyət qarşıdurma vəziyyətindədir, hətta vətəndaş müharibəsi ehtimalı var”.  
 
"Koçaryan kimi bir cinayətkarın hakimiyyətə gəlməsi mənim mənəviyyatıma toxunur" 
 
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev hesab edir ki, bu mövzuda fikir səsləndirmək bir qədər tezdir: “Kimin qalib gəlməsindən asılı olmayaraq, formalaşan reallıq heç cür dəyişməyəcək. Amma Koçaryan kimi bir cinayətkarın cəzalandırılmaması və yenidən hakimiyyətə gəlməsi mənim mənəviyyatıma toxunur. Bu baxımdan istəməzdim ki, o qalib gəlsin. Əgər ermənilər ona yenidən imkan yaradacaqlarsa, demək ki, erməni xalqı özünün də cinayətkar olduğunu sübuta yetirmiş olacaq”. 

Natiq Cəfərli - Sosial Media


 
"İkinci tur ehtimalı kifayət qədər yüksəkdir"  
 
ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə deyir ki, Ermənistandakı seçki sistemi bir çox ölkələrdən fərqlidir.  
 
O da seçkilərdə ikinci turun keçirilmə ehtimalını istisna etmir: “Ermənistanın seçki sistemi bir çox ölkədən fərqlidir. Parlament respublikası olmasına baxmayaraq, gərək birinci turda partiyalardan hansısa biri 50 faiz və əlavə olaraq 1 səs toplasın ki, hökumət formalaşdıra bilsin. İndiki şəraitdə hansısa partiyanın 50 faizdən səs toplama şansı demək olar ki, yoxdur. Ona görə də əgər proseslər hüquqi müstəvidə gedərsə, ikinci turun olması ehtimalı kifayət qədər yüksəkdir. Digər tərəfdən böyük ehtimalla seçkilərdən sonra Paşinyanla Koçaryanın tərəfdarları küçələrdə çağırışlar edəcək. Çox təəssüf ki, küçələrdə qarşıdurmaların baş verməsi, proseslərin hüquqi çərçivədən çıxaraq çevriliş yolu ilə həll olma ehtimalı da gözlənilir. Bu da bölgənin sabitliyinə zərər vura bilər”. 
 
Azərbaycan üçün nə dəyişəcək? 
 
"Paşinyanın qalib gəlməsi Azərbaycanın maraqlarına daha uyğundur" 
 
Elman Nəsirovun fikrincə, Paşinyanın qalib gəlməsi Azərbaycanın maraqlarına daha uyğundur: “Kimin qalib gəlməsindən asılı olmayaraq, onların Azərbaycanla yenidən müharibəyə başlamaq, təhdid dili ilə danışmaq və bizə qarşı iddialarla çıxış etmək kimi şansları yoxdur. Çünki Azərbaycan dövləti çox güclüdür, güclü ordusu var, Ermənistan isə ordusu olmayan, 10 mindən çox fərarisi olan bir dövlətdir. Amma hər bir halda bizə Paşinyanın qalib gəlməsi lazımdır. Çünki o, 10 noyabr sənədinə imza atmış şəxsdir və bununla əlaqədar olaraq üzərinə öhdəliklər götürüb. Eyni zamanda, Paşinyan real vəziyyəti çox düzgün qiymətləndirə bilir, Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət mövqeyi var”. 

Tofiq Yaqublu - Sosial Media


 
"Bir tərəfdə saxtakar İlham Əliyev və Putin, digər tərəfdə Putinin belə qalib gələ bilmədiyi lider dayanıb" 
 
Tofiq Yaqublu isə düşünür ki, namizədlərin heç biri Azərbaycanın maraqlarına uyğun mövqeyə sahib deyil: “Bizə o liderin qələbəsi sərf edərdi ki, çıxıb Azərbaycanın ərazi bütövlüyünü tanısın. Paşinyan demokratdır və demokratik üsulla qalib gəlib, ancaq onun iddiaları Koçaryanın iddialarından fərqli deyil. Koçaryan  Ermənistanda öz korrupsiya siyasəti və yerlibazlığı ilə ad çıxarmış şəxsdir. Onun bir üstünlüyü var ki, I Qarabağ müharibəsinin qalibidir və Ermənistana qanunsuz da olsa, xeyli ərazi qazandırıb. O, Rusiyanın dəstəyi ilə hakimiyyətə gələcəyi təqdirdə möhkəmlənmə və cəmiyyətdə rəğbət yaratma əməliyyatı apara, eyni zamanda, Azərbaycanın ərazilərinin bir hissəsini yenidən Ermənistanın nəzarətinə keçirmək təşəbbüslərini həyata keçirə bilər. Moskva da bir açıqlama tapıb bu addıma əsas gətirəcək”.  
 
“Paşinyanın qalib gəlməsi isə bizə daha ciddi problem yarada bilər. O hətta Putinin də yıxa bilmədiyi, açıq məğlubiyyətdən sonra yenidən seçkilərdə qalib gəlmiş lider olacaq və Qarabağın müstəqilliyinin tanınması yönündə  dünyada daha çox dəstək qazanacaq. Çünki bir tərəfdə saxtakar İlham Əliyev və Putin, digər tərəfdə isə Putinin belə qalib gələ bilmədiyi, Qərbə yön almış demokratik dəyərlərə hörmət edən lider dayanıb. Bu baxımdan Paşinyanın üstünlükləri olsa da, Qarabağ məsələsi mübahisələndirilən zaman bizə çox ciddi zərbə ola bilər”, - deyə T.Yaqublu bildirib.  

Razi Nurullayev - Sosial Media


 
"Onlar vətəndaş müharibəsinə layiqdirlər” 
 
Deputat Razi Nurullayev isə Koçaryanın qalib gəlməsini istəmir: “İstənilən halda bizim üçün erməni ermənidir, istər Paşinyan olsun, istər Koçaryan. Amma Koçaryanın əli minlərlə günahsız azərbaycanlının qanına batıb, Qarabağ münaqişənin uzanmasında birbaşa günahkar şəxslərdən biridir. Hazırda Ermənistanda məğlubiyyət səbəbilə revanşist bir siyasət aparıldığı üçün ola bilər ki, Koçaryan qalib gəlsin. Bərabər olduqları təqdirdə isə vətəndaş müharibəsinin başlanma ehtimalı var. Bu, baş verəcəksə, versin, demək ki, onlar vətəndaş müharibəsinə layiqdirlər”. 
 
"Revanşistlər Azərbaycan üçün təhlükə törədə bilərlər" 
 
Natiq Cəfərli də revanşistlərin Azərbaycan üçün təhlükə törədə biləcəyini deyib: “Azərbaycan üçün ən vacib məsələ Ermənistanda sabit və müharibə çağırışları etməyən hökumətin qurulmasıdır. Problem isə ondadır ki, hazırda Ermənistandakı siyasi palitrada revanşist qüvvələrin təmsilçisi keçmiş prezidentlərdir və onların qalib gəlməsi gələcəkdə qeyri-sabitliyin artmasına şərait yarada bilər”. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo