Sosial Media
Millu Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib.
Vəkil Nemət Kərimli "Turan"-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır.
Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir.
Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə "hadisə yeri"nə baxış təyin edilib.
Dekabrın 1-də Bakının mərkəzində AXCP fəalı Saleh Rüstəmovun həbsxanadan azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirilib. Polis 40-a yaxın şəxsi saxladıqdan sonra sərbəst buraxıb. 5 nəfər barəsində isə məhkəmə qərar çıxarıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə (Karantin qaydalarını pozma) ittiham olunublar.
Aksiya günü Tofiq Yaqublunun döyülməsi ictimai etiraza səbəb olub.
Rəsmi səhifə
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot