Siyasət

Tofiq Yaqublu quru sərhədlərinin açılması tələbilə aksiya keçirmək istəyir

7 İyul, 2022
237

Sosial Media

Mili Şuranın üzvü Tofiq Yaqublu “Ölkənin quru sərhədlərini açın!” tələbilə  etiraz aksiyasının  keçirilməsinə çağırıb.

Bu barədə o, özünün sosial media hesabında yazıb və iyulun 13-də Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirmək niyyətində olduğunu bildirib. 

Yaqublunun sözlərinə görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinə aksiya ilə bağlı xəbərdarlıq məktubu göndərib:

"Quru sərhədlərin  çox absurd olaraq bağlı saxlanması əhalinin kifayət qədər böyük hissəsinə ciddi problem yaradır. Hakimiyyətin haqsızlıqlarına və  özbaşınalıqlarına etiraz etmək isə, təkcə bu cür hallardan əziyyət çəkən vətəndaşların deyil, bütün cəmiyyətin borcudur".

O, Bakı Şəhər İcra Hakimiyyətinin razılığından asılı olmayaraq, aksiyanı keçirmək niyyətində olduğunu bildirib. 

https://toplum.tv/multimedia/hokumet-quru-serhedlerini-niye-acmir
 

Siyasət

İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin

16 Avqust 2022

Sosial mediadan skrinşot

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün, avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb.  Corc Dik müraciətində deyib:  "İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz.  https://toplum.tv/siyaset/iranin-azerbaycandaki-sefiri-israilli-hemkarini-tehdid-etdi Həftələr...
Siyasət

Qarabağ Azadlıq Təşkilatı adını dəyişir, partiyaya çevrilir

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qarabağ Azadlıq Təşkilatı adını dəyişib Azad Vətən Partiyasına çevriləcək.  Bunu təşkilatın sədri Akif Nağı avqustun 16-da APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik təşkilatın yenidən təşkilinə icazə verir. Bununla əlaqədar Təşkilat Komitəsi yaradılıb, sabah qurultay keçiriləcək. Qurultayda Qarabağ Azadlıq Təşkilatının Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul ediləcək. Partiya sədrliyinə namizəd Akif Nağıdır. "Qarabağ Azadlıq Təşkilatı" - 1993-cü ildə yaradılıb.  Təşkilatın ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000- ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması - Qarabağ Azadlıq Təşkilatı qəbul olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo