Siyasət

Tofiq Yaqublunun döyülməsi ilə bağlı həkim rəyi: “Görmə qabiliyyəti itirilə bilərdi”

3 Dekabr, 2021
1899

Sosial Media

“Yumşaq toxumaların çoxsaylı əzilməsi, qançırların olması qapalı kəllə-beyin travması ilə nəticələnə bilər”

Həkim Adil Qeybulla “Toplum TV”-yə Tofiq Yaqublunun aldığı xəsarətlərin törədəcəyi fəsadlardan danışarkən belə deyib.

Dekabrın 1-də Bakının mərkəzində AXCP fəalı Saleh Rüstəmlinin həbsxanadan azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirilib. Aksiya zamanı polis 40-a yaxın şəxsi saxladıqdan sonra sərbəst buraxıb. 5 nəfər barəsində isə məhkəmə qərar çıxarıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə (Karantin qaydalarını pozma) ittiham olunublar.

Aksiya günü T. Yaqublunun amansızlıqla döyülməsi ictimai etirazlara səbəb olub.

Fotolarda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür.

T. Yaqublu polislər tərəfindən saxlanıldıqdan sonra başına gələnlər barədə danışıb: “Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Orada “Bandotdel”dən (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ) xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər. Sonra da sürüyüb bir avtomobilə atdılar. Yolda yenə də döyməkdə davam etdilər. Yolun bir yerində sifətimin şəklini çəkib yuxarı göndərdilər, raport verdilər. Onlar da baxıb, xəsarətlərin ürəklərincə olmadığını, təmiz deyil, testdən keçmədiyini dedilər. Sonra yenə də bir körpünün altında avtomobildən saldılar, yenə də döydülər. Başımda torba olduğundan hara olduğunu müəyyən edə bilmirdim. Sonra məni gətirib bir çöllük-biyabana atdılar. Nə yol, nə avtomobil, heç nə görünmürdü. Orada üstümə düşdülər ki, imtina edim, söz verim, kameraya danışım ki, bir daha mübarizə aparmayacam. Təbii ki, mən də bunları demədim. Sonra qollarıma vurduqları qandallar açılmırdı. Xeyli vaxt qandalların üzərində çalışdılar. Sonra, “Mitsubishi” markarlı bir pikap avtomobil gəldi. Yenə torba başımda gətirib haradasa avtomobili saxladılar. Yenə tələblər irəli sürdülər. Axırda da gətirib Ələt qəsəbəsində avtomobildən düşürdülər”.

Bunu da oxu: Tofiq Yaqublunun döyülməsinə ziyalılar necə reaksiya verdi?

Tofiq Yaqublunun qızı Nigar Həzi açıqlama verib ki, atası bu gün, dekabrın 3-də ifadə vermək üçün prokurorluğa çağırılıb.

“Saat 11-də Tofiq Yaqublu Səbail Rayon Prokurorluğuna dünənki cinayət hadisəsiylə bağlı vəkil Nemat Kerimlinin şikayəti əsasında ifadə verməyə çağırılıb", - deyə Nigar Həzi deyib.

O həmçinin qeyd edib ki, Tofiq Yaqublu prokurorluqda ifadə verdikdən sonra müayinə olunmaq üçün xəstəxanaya gedəcək.

“Tofiq Yaqublu ciddi yataq müalicəsi almalıdır”

“Toplum TV” T. Yaqublunun aldığı zədələrin hansı fəsadlar yarada biləcəyi ilə bağlı tanınmış həkim-cərrah, professor Adil Qeybulladan rəy alıb.

Professor açıqlamasında deyir ki, şəkillərdəki xəsarətlərə baxdıqda ilk təəssürat kəllə-beyin travmasından söhbət getdiyini deməyə rəvac verir.

Adil Qeybulla - Açıq mənbələrdən götürülüb

“Baş, alın, göz nahiyəsinə vurulan zərbə izləri görünür. Bədənin başqa nahiyələrini görmədik. Yəqin, başqa nahiyələrdə də çoxlu xəsarətlər var. T.Yaqublu ciddi yataq müalicəsi almalıdır. Xəsarətlər heç vaxt izsiz ötüşmür. Onun əlamətləri xroniki ağrılar şəklində, hərəkət məhdudiyyəti şəklində gələcəkdə də qala bilər”, - deyə mütəxəssis bildirib.

Tibb üzrə fəlsəfə doktoru, uzman həkim Vasif İsmayıl da "Toplum TV"-yə verdiyi rəydə Tofiq Yaqubluya vurulan zərbələrin baş nahiyəsində olduğu üçün travma yarada biləcəyini deyir: “Göz nahiyəsinə vurulan zərbələr görmə qabiliyətinin itirilməsiylə, baş nahiyyəsinə vurulan zərbələrsə beyin silkələnməsi ilə də nəticələnə bilərdi”.

Vasif İsmayıl - Sosial Media

 

Daxili İşlər Nazirliyi döyülmə hadisəsini təkzib edir

Tofiq Yaqublu ilə bağlı hadisə baş verəndən sonra Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev mətbuata açıqlamasında onun polis bölməsində döyülməsi barədə iddiaları təkzib edib:

“Onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.

Bunu da oxu: Həbsdə olan siyasi fəalın həyat yoldaşı: “Deyir ki, kurtkamı betonun üstünə atıb yatıram”

Dekabrın 1-də verilən bu açıqlamadan sonra Elşad Hacıyev növbəti gün “Toplum TV”-nin sorğusuna cavabında bildirib ki, araşdırmalar hələ də davam edir.

DİN-ə müraciət

Daxili İşlər Nazirliyi yanında İctimai Şura 1 dekabrda "Fəvvarələr bağı"nda keçirilən aksiyada baş verənlər  və saxlanılan şəxslərə bağlı nazirliyə müraciət edib. Şuranın sədri, hüquqşünas Əlimməmməd Nuriyev bildirib ki, nazirliyə ünvanlanan müraciətin məqsədi  baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasını tələb etməkdir.

Rəsmi səhifə

“Tofiq Yaqublunun KİV-də yayılan görüntülərindən onun fiziki təzyiqə məruz qalması aşkar görünür.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanı qorunması və ictimai təhlükəsizliyi təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir.

Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunu salınmasına hesablanmış davranış da ola bilər”, - deyə müraciətdə qeyd edilib.

Zorakılığa ABŞ səfirliyi də münasibət bildirib

Dekabrın 1-də baş tutan aksiyadakı zorakılığa ABŞ səfirliyi də reaksiya verib.

Bu barədə səfirlik dekabrın 2-də "Tvitter"-də məlumat yayıb.

“Biz 1 dekabr tarixində Bakıda dinc etirazçılara qarşı zorakılıqdan dolayı dərin narahatlıq keçiririk və Azərbaycan Konstitusiyasının təsbit etdiyi toplaşma və ifadə azadlığını dəstəkləyirik”, - deyə məlumatda bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo