Siyasət

Tofiq Yaqublunun döyülməsinə ziyalılar necə reaksiya verdi?

Aytac Məmmədli
2 Dekabr, 2021
1315

Açıq mənbələrdən götürülüb

“Tofiqin döyülməsini qınayıram, amma onun aksiyaya çıxması da doğru deyildi”

“Toplum TV”-yə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şura üzvü Tofiq Yaqublunun döyülməsinə münasibət bildirərkən belə deyib.

Dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifətində həmin izlər olmayıb.

Tofiq Yaqublu aksiyada

N. Cəfəroğlu hesab edir ki, T. Yaqublu aksiyaya çıxmaqla Saleh Rüstəmlinin işini təzədən əngəlləyib: “Polis Tofiqə bunu etməməli idi. Əgər edibsə, cəzasını da çəkməlidir. Amma Tofiqin də aksiyaya çıxmasını anlaya bilmirəm. 3 gün bundan əvvəl hüquq müdafiəçiləri Salehin yanına getmişdik. Yəqin, bir irəliləyiş olmalı idi ki, biz ora getmişik. Tofiq bunu bilə-bilə niyə əlində plakat təkcə meydana çıxdı? Bu nəyə lazım idi? Niyə Tofiq Salehin həbsxanada qalmasını istəyir? Axı bu, Salehin işini təzədən əngəlləməkdir”.

N. Cəfəroğlu Azərbaycan Prezidentinin Brüssel səfərini xatırladaraq deyir: “Prezident Brüsselə gedir. Burda Azərbaycan məsələsi həll olunacaq. Bu ərəfədə Tofiq Yaqublu kimi neçə illik siyasətçi başa düşmür ki, biz hələ də müharibə şəraitindəyik və bütün dünya bizə qarşıdır? Yaqublunun döyülməsi ermənilərin əlinə bayraq olur. Bu gün kim Azərbaycana zərbə vurmaq istəyirsə, o mənim düşmənimdir. Dövlət naminə birləşmək lazımdır”.

Novella Cəfəroğlu 

N. Cəfəroğlu həmçinin T. Yaqublunun döyülməsi məsələsilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcəklərini də açıqlayıb.

“Dövlətçiliyimizə qarşı təxribatdır”

Yazıçı Şərif Ağayar T. Yaqublunun döyülməsini pisləyir, günahkarların cəzalandırılmasını istəyir: “Heç bir halda sivil və demokratik bir ölkədə bu cür zorakılığa yol vermək olmaz. Mənə elə gəlir ki, bu dövlətçiliyimizə qarşı təxribatdır. Hətta cinayətkara qarşı da belə davranmaq olmaz”.

Şərif Ağayar - Kulis.az

“Bu əməli törədənlər hakimiyyətlə xalq arasında konflikt yaratmağa çalışırlar”

Əməkdar jurnalist Qulu Məhhərəmli də söyləyir ki, siyasi əqidəsi, dünya görüşündən aslı olmayaraq heç kimə qarşı zorakılıq göstərmək olmaz: “Mənim düşüncəmə görə, Tofiq Yaqublu vicdanlı bir adam, Qarabağ döyüşçüsüdür. Mitinqi bəhanə edib bir insanı o vəziyyətə salmaq nə allaha, nə bəndəyə xoş gedər”.

Qulu Məhərrəmli - Açıq mənbələrdən götürülüb

“Bu əməli törədənlər hakimiyyətlə xalq arasında konflikt yaratmağa çalışırlar. Belə adamları mütləq cəzalandırmaq lazımdır”, - Q. Məhərrəmli belə hesab edir.

“Biabırçılıqdır”

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı T. Yaqublunun döyülməsini insan haqlarına həqarət, biyabırçılıq kimi qiymətləndirib: “Polis cinayətkarı saxlayanda belə ona toxunmamalıdır. Bu hadisəni törədənlər ölkə rəhbərliyinə düşmənçilik edirlər”.

Elçin Şıxlı - Açıq mənbələrdən götürülüb

E. Şıxlı da bu əməli törədənlərin cəzalandırılmasını, cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

“Yolverilməzdir”

Deputat, Əməkdar jurnalist Aqil Abbas deyir ki, adi insana da qarşı da belə davranış yolverilməzdir: “Tofiq Yaqublu qazidir, siyasətçidir, bu öz yerində, axı o həm də bu ölkənin vətəndaşıdır. Adi adama qarşı da belə davranmaq olmaz”.

Aqil Abbas - Açıq mənbələrdən götürülüb

Deputat məsələnin araşdırılacağına və hüquq-mühafizə orqanlarının lazımı tədbirlər görəcəyinə inanır.

Mövzudan xəbərsiz olanlar da var

“Toplum TV” məsələ ilə bağlı başqa ziyalılardan da münasibət almağa çalışıb.

Lakin xalq yazçıları-Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, Afaq Məsud, yazıçı-jurnalit Fəxri Uğurlu, kinorejissor Ayaz Salyev, Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı mövzudan xəbərsiz olduqlarını bildiriblər.

Xatırlatma

Dekabrın 1-də Bakının mərkəzində siyasi məhbus Saleh Rüstəmovu azad etmək tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiyada ən çox Milli Şuranın üzvü Tofiq Yaqublu xəsarət alıb, o, dəfələrlə döyülüb, üzü eybəcər hala salınıb.

AXCP üzvü Paşa Dadaşzadənin qolu qırılıb, çox sayda şəxslər də yüngül xəsarətlər alıb.

Dekabrın 2-də isə Bakının Səbail rayon məhkəməsi etiraz aksiyası zamanı saxlanılan beş fəalın inzibati qaydada həbsi barədə qərar çıxarıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.

"Amma, bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaqdır", - deyə o qeyd edib.

Bununla yanaşı Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi, "Müdafiə Xətti" İnsan Haqları TəşkilatıTofiq Yaqublunun döyülməsində təqsiri olanları cəzalandırmağa çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı açıqlandı

27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi lokal antiterror tədbirləri zamanı Silahlı Qüvvələrin 192 hərbi qulluqçusu şəhid olub. Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 27-si Səhiyyə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. https://toplum.tv/siyaset/pvasinqton-eliyev-qarabaga-beynelxalq-missiyanin-goumlnderilmesine-raziliq-veribnbspp 11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunub. Həmçinin vurğulanıb ki, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb. Hərbi əmliyyatlarda həlak olanların SİYAHISI
Siyasət

Vaşinqton: Əliyev Qarabağa beynəlxalq missiyanın göndərilməsinə razılıq verib 

27 Sentyabr 2023

President.az

Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Toplum Tv xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, tərəflər Qarabağdakı hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparıb: “İlham Əliyev 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb. Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyini ABŞ tərəfinə bildirib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb”, - açıqlamada bildirilib.  Mətbuat xidməti həmçinin əlavə...

Seçilmiş Videolar

Toplum TV loqo