Siyasət
"Tofiq Yaqublunun səhhəti təhlükədədir"
10 Sentyabr, 2020
292
"İkinci həftədə insan artıq komaya düşə bilir”

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan fəalı Tofiq Yaqublunun yaşını və ac qaldığı müddəti nəzərə alan həkim Adil Qeybulla onun durumuyla bağlı proqnoz verib. 

Həkimin sözlərinə görə, Qarabağ döyüşlərində travma almış (yuxarı ətrafında əziyyətverici, ağır çiyin-kürək periartrozu var), bir neçə ay öncə ağırlaşmış kəskin xolesistitə görə əməliyyat keçirmiş, yaşı 60-a çatan bir insan üçün ikinci həftədə aclığı davam etdirmək çox təhlükəlidir.

A.Qeybulla 2007-ci ildə Britaniya Səhiyyə Xidmətinin etiraz aclığı edən şəxslər üçün metodik tövsiyələrinə istinad edir. Orada göstərilib ki, tam praktiki sağlam cavan insan 6-8 həftə aclıq edə bilər. Lakin 50 yaşdan yuxarı, yanaşı xəstəliyi olan insanlar aclıq edərsə, 3 həftə ərzində həyatla vidalaşa bilər. Çünki bu kateqoriyadan olan insanlarda aclığın ilk həftəsində orqanizmin resursları tam səfərbər olur, sinir-əzələ sistemində oyanma baş verir. İkinci həftədə isə süstləşmə yaranır. Orientasiya itir, beyində analitik reaksiyalar kəskin süstləşir, əzələlərin adinamiyası nəticəsində hərəkət məhdudluğu yaranır. İkinci həftədə insan artıq komaya düşə bilir. Bu duruma düşən insanın isə komadan çıxmaq imkanları, necə və hansı itkilərlə çıxması böyük sual altında qalır.

"Etiraz aclığı edənlər adətən qida maddələrindən tam imtina edirlər. Bu isə 2-ci həftədə və ya 3-cü həftənin ortasında orqanizmdə geridönməz proseslərin baş verməsinə və qəfil ölümə gətirib çıxara bilər. Bu baxımdan, Tofiq bəyin səhhəti təhlükədədir və lazımı qurumlar buna laqeyd qalmamalıdır”, - deyə A.Qeybulla bildirib.

T. Yaqublu sentyabrın 2-dən aclıq edir. O, həmin gün Nizami Rayon Məhkəməsində son sözünü deyərkən çıxışının sonunda aclıq aksiyasına başladığını bəyan edib.

T. Yaqublu ötən müddətdə aclığı dayandırmaq barədə çağırışlara "yox” cavabı verib. Qanunsuz həbsinə və məhkəmənin ədalətsizliyinə etiraz olaraq aclıq etdiyini vurğulayan siyasi fəal bildirib ki, geri çəkilməyəcək: "Sona qədər gedəcəm, bu, söz davası deyil. Fikrim son dərəcə qətidir, iradəm tam yetkindir. Özümü bu mübarizəyə kifayət qədər hazır hiss edirəm. Ya azadlıq, ya da dönüşsüz yol! Heç bir məcburi qidalanma da mümkün deyil”.

Martın 22-dən həbsdə olan T.Yaqublu haqqında sentyabrın 3-də hökm çıxarılıb. Nizami Rayon Məhkəməsinin hökmüylə o, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə təqsirli bilinərək, 4 il 3 ay azadlıqdan məhrum edilib.

T. Yaqublu təqsirsiz olduğunu, Prezident İlham Əliyevin sifarişilə həbs edildiyini bildirir.

meydan.tv
Siyasət

Tofiq Yaqublu: “Paşinyanın qalib gəlməsi bizə daha ciddi problem yarada bilər” 

Nigar Səmədli
18 İyun 2021

Al Jazeera

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.     Namizədlər arasında Ermənistanın sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi şəxslər  yer alıb.   Elman Nəsirov - Sosial Media   Bəs Azərbaycanda Ermənistanda keçiriləcək seçkilərlə bağlı proqnozlar nədir?     Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi indidən məlumdur: “Tərəflər bir-birini dövlətə xəyanətdə ittiham edir, düşmən və satqın adlandırırlar. Budəfəki seçkinin əsas özəlliyi ondadır ki, Ermənistanı idarə etmiş bütün şəxslər seçkilərə qatılıb və bu da seçki prosesinə əlavə gərginlik gətirir. İlkin proqnozlar göstərir ki, əsas namizədlər...
Siyasət

Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

18 İyun 2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı barədə ehtimallara şərh verməkdən imtina edib.  "RIA Novosti"-nin iyunun 18-də verdiyi məlumata görə, o, bu iddiaları şayiə adlandırıb.  "Biz bu məsələni müzakirə etməmişik və biz şayiələrə şərh vermirik", - deyə Rusiyanın baş diplomatı vurğulayıb.  Bir neçə gün əvvəl Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Hərbi Qüvvələrinin bazasının yaradılması fikrini istisna etməmişdi.  "Bu məsələnin [hərbi bazanın yaradılması] inkişafı mümkündür. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə apardığı məsləhətləşmələrdən sonra təkmilləşə bilər. Həmçinin bizim danışıqlarımız prosesində də...
Seçilmiş Videolar