İyunun 2-də axşam saat 19:46-da Toplum TV-də yayımlanan "Toplumda debat" verilişinə kibermüdaxilə edilib.
"Toplumda debat"ın budəfəki qonağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli olub.
Onunla gündəmin aktual mövzuları müzakirə edilib.
Müdaxilə nəticəsində canlı yayım "Yutub"da dayanıb, lakin texniki heyət bir neçə dəqiqədən sonra canlı yayımı yenidən bərpa edib.
Toplum TV-nin sosial media mütəxəssisləri bildiriblər ki, müdaxilə sünidir və efirin dayandırılması məqsədilə edilə bilər.
Oxşar hadisə 2021-ci ilin noyabrın 2-də də qeydə alınıb.
Həmin efirdə də AXCP sədri Əli Kərimli qonaq olub.
Kiberhücum nəticəsində veriliş Toplum TV-nin "Feysbuk" səhifəsindən silinmişdi, səhifənin adı isə dəyişdirilmişdi.
Açıq mənbələrdən götürülüb
"president.az"
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?