“Tovuz məhbusları”: Müttəhimlər məhkəmənin qərarından narazıdır
Açıq mənbələrdən götürülüb
Mayın 4-də “Tovuz məhbusları” Babək Məmmədli və Amin Həsənovun məhkəməsi baş tutub. Onlar Suriyadakı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə və terrorçuluqda ittiham ediliblər.
Məhkəmənin qərarına əsasən, müttəhimlər 7 il müddətinə azadlıqdan məhrum olunublar.
Elçin Sadıqov: “Biz bu hökmlə razı deyilik”
A.Həsənov və B.Məmmədlinin vəkili Elçin Sadıqov “Toplum TV”-yə açıqlamasında bildirib ki, məhkəmənin qərarı ilə razı deyillər və qərardan apellyasiya şikayəti verəcəklər:
“Dünən məhkəmə oldu. Təqsirləndirilən şəxslər son söz üçün bir həftə vaxt istədilər. Qanunvericiliyin tələbinə görə, son söz demək üçün möhlət verilməlidir, ancaq məhkəmə möhlət verməkdən imtina etdi. Müşavirəyə gedildi, bir neçə dəqiqə sonra isə hakimlər müşavirədən gələrək hökmü elan etdilər. Çıxarılan hökmlə razı olmayan təqsirləndirilənlər etiraz etdilər. Penitensiar xidmətin əməkdaşlarının müdaxiləsi ilə məhkəmə təxirə salındı. Ancaq bizdə olan məlumata görə, Babək Məmmədli və Amin Həsənova 7 il azadlıqdan məhrum edilmə cəzası verilib. Biz bu hökmlə razı deyilik, bununla bağlı apellyasiya şikayəti verəcəyik”.
B.Məmmədli və A.Həsənov Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə ittiham olunurlar.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”