Siyasət
Tramp sosial şəbəkə hesablarının bloklanmasına münasibət bildirdi
14 Yanvar, 2021
Baxış: 52
FOTO: BBC

ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp özünün sosial şəbəkələrdəki hesablarının bloklanmasını söz azadlığına görünməmiş hücum adlandırıb. 

Bu barədə o, yerli vaxtla yanvarın 13-də Ağ Evin "Tvitter" hesabında yayılan videomüraciətində danışıb. 

"Senzura cəhdləri, "ləğv etmək" və vətəndaşlarımızın qara siyahılara salınması doğru deyil və təhlükəlidir", - deyə Tramp qeyd edib. Onun fikrincə, indiki gərgin və çətin vaxtda opponentləri susmağa məcbur etməkdənsə, insanların bir-birlərini eşitməyə çalışmaları lazımdır. 

Yanvarın 6-da Tramp tərəfdarlarının Konqres binasına hücum etməsindən sonra "Tvitter" Donald Trampın şəxsi hesabını birdəfəlik bağlamış, "Feysbuk" və "Yutub" isə Co Baydenin yanvar 20-sində keçiriləcək andiçmə mərasiminə qədər Trampın hesabına müvəqqəti məhdudiyyət qoyulduğunu açıqlamışdılar.
Siyasət

Cavad Zərif Bakıya gələcək

20 Yanvar, 2021
İranın xarici işlər naziri Cavad Zərif yaxın günlərdə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək. Bu barədə yanvarın 20-də IRNA agentliyi məlumat yayıb. İranın XİN rəhbəri jurnalistlərə açıqlamasında səfərlərin tarixinin artıq müəyyənləşdiyini bildirib. O, koronavirus test mənfi çıxarsa, yaxın günlərdə Qafqaza və Rusiyaya yola düşəcəyini deyib. Cavad Zərif rəsmi ziyarətlərinin Dağlıq Qarabağ böhranının həlli və bölgədə əmin-amanlığın yaradılması üçün nəzərdə tutulduğunu açıqlayıb.
Siyasət

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə gələnlərə bu qayda məcburi olacaq

20 Yanvar, 2021
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq. Bu barədə Azərbaycanla Türkiyə  arasında qarşılıqlı vizadan azad etmə haqqında 2020-ci il fevral 25-də imzalanmış sazişə dəyişikliklər edilib. Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir. Mənbə:"report.az"
Seçilmiş Videolar
Menu