Siyasət

Trol şəbəkəsinin arxasında DİN dayanır? – Qurum ittihamları rədd edir

Aytac Məmmədli
14 Aprel, 2022
1382

Toplum Tv

"Biz onlara baş qoşmuruq. Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş vəzifələrini icra edir. Asayişi, təhlükəsizliyi qoruyur, cinayətkarlara qarşı mübarizə aparır".
 
DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "Meta" şirkətinin araşdırmasını "Toplum TV" yə şərh edərkən bu sözləri deyib.
 
“Facebook”, “Instagram”, “WhatsApp” kimi şirkətləri özündə birləşdirən “Meta” aprelin 7-də təhdidlərlə bağlı hesabatını dərc edib.
  
Hesabatın Azərbaycanla bağlı olan hissəsində ölkədəki trol şəbəkəsinin Daxili İşlər Nazirliyi tərəfindən idarə olunduğu bildirilib.
 
Nazirliyin rəsmisi Ehsan Zahidov isə şirkətin iddiasının tamamilə əsassız və uydurma olduğunu söyləyir.

Ehsan Zahidov - açıq mənbədən götürülüb


 Azərbaycanda kibercinayətə məruz qalan ictimai fəallardan biri də Bəxtiyar Hacıyevdir. Dediyinə görə, 2021-ci ildə kibercinayətkarlıqla bağlı nazirliyə 50-yə yaxın müraciəti də olub.
 
"Ehsan Zahidov gözlədiyimiz cavabı verib. İndiyə qədər nazirliyə bu barədə dəfələrlə müraciətimiz olub. Nazirlik deyib ki, biz onları tapa bilmirik. Kibercinayətkarın birini özüm şəxsən tutmuşam, polisə təqdim etmişəm. Məm hələ də nazirlikdən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, DİN yanında ictimai şuradan öyrənə bilməmişəm ki, niyə həmin şəxsə qarşı niyə cinayət işi açılmayıb və yarım saat sonra sərbəst buraxılıb?"

Bəxtiyar Hacıyev - sosial media


Bəxtiyar Hacıyev deyir ki, kibercinayətkarlığın arxasında DİN-in dayandığı ilə bağlı təxminləri var imiş.
"Məni təəəssüfləndirən odur ki, mütəşəkkil cinayətkarlıqla mübarizə aparmalı olan DİN özü kibercinayətkarlıqla məşğuldur və ən çirkin üsullara əl atan kibercinayətkar dəstəni himayə edir. Bu işlərin arxasında nazirliyin dayandığını bilmək təəssüfləndirir. Çünki mənimlə bağlı saxta intim yazışmalar paylaşılarkən nazirlik əməkdaşlarının bir çoxu şərəf və namuslarına and işmişdilər ki, bunun arxasında nazirliyin heç bir strukturu dayanmır",-deyə ictimai fəal bildirib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo