Siyasət

Türkdilli ölkələr Bakıda anlaşma memorandumu imzaladı

10 Sentyabr, 2021
157

TRT

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli ölkələr arasında müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

“Report” xəbər verir ki, imzalanmadan əvvəl çıxış edən Türkiyənin ticarət naziri Mehmet Muş deyib ki, türkdilli ölkələrin əhalisinin sayı 160 milyon nəfər, illik iqtisadiyyatının ümumi dəyəri isə 1,1 trilyon ABŞ dollarıdır.

“Türkdilli ölkələr İpək Yolunun əhəmiyyətli hissəsini təşkil edir. Qarşıdakı dövrdə ölkələrimiz arasında xüsusən rəqəmsal iqtisadiyyat və yaşıl iqtisadoyyat sahəsində əməkdaşlığa əhəmiyyət veriləcəyinə inanırıq. Türkiyə olaraq bu sahədə hər cür dəstəyə hazırıq. Bu baxımdan Türk İnvestiyasa Fondu da üzv ölkələrə sərmayə qoyulması baxımından əhəmiyyətli olacaq”, - deyə o, qeyd edib.

Türkiyəli nazir Azərbaycanla imzalanmış və bu ildən qüvvəyə minmiş preferensial ticarət sazişi barədə də danışıb və oxşar sənədin Özbəkistanla da imzalana biləcəyini deyib: “Özbəkistanla danışıqlarımızı bu il başa çatdırmağı düşünürük. Cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, milli valyutada ticarətə iş adamlarının etibarının olması üçün mərkəzi banklar və hökumətlər güvənli addımlar atmalıdır".

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar