Siyasət

Türkiyə Ermənistana xəbərdarlıq etdi

28 İyul, 2021
196

Türkiyə Böyük Millət Məclisinin sədri, hazırda Bakıda səfərdə olan Mustafa Şentop Ermənistana xəbərdarlıq edib. 

APA-nın məlumatına görə, bu gün, iyulun 28-də keçirilən mətbuat konfransında Şentop Ermənistanın Kəlbəcər istiqamətində hücumlarına münasibət bildirib. 

“Ermənistanın belə əməlləri yeni deyil, bu əməllərdən asanlıqla əl çəkəcəyini də düşünmürəm”, - deyə TBMM sədri vurğulayıb. 

O, Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını təklfi edib: “Ermənistanda seçkilər keçirildi, Nikol Paşinyan qələbə qazandı. Ermənistan xalqı da bununla bir növ sülhə dəstək vermiş oldu. Mən Ermənistan xalqının da müharibə istədiyini düşünmürəm, müəyyən dairələr bunun tərəfdarı kimi çıxış edir. Ermənistan anlamalıdır ki, bunun yenə acı nəticələri ola bilər”.

Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar