"Türkiyə hərbçiləri tezliklə Azərbaycanda öz vəzifələrini yerinə yetirməyə başlayacaqlar”.
Bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib ("Anadolu” agentliyi, 28 noyabr).
O bildirib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri Azərbaycandakı vəzifələrini icra edəcəklər: "Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq”.
Noyabrın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə təqdim edilən Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən qərar layihəsi qəbul edilib.
Qərara görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.