Siyasət

Türkiyə XİN Ermənistanı cəsarətli olmağa çağırıb

14 Aprel, 2022
454

açıq mənbəədn götürülüb

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün yeri bilinib.

NTV məlumat verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üçüncü görüşün Vyanada keçiriləcəyini deyib.

XİN başçısı görüşün vaxtını açıqlamayıb.

Xüsusi nümayəndələr arasındakı birinci görüş Moskvada, ikinci görüş isə Vyanada keçirilib.

Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşmasından danışıb. XİN başçısı bildirib ki, bu proseslə bağlı konkret addımlar atılacaq, lakin buna hələ var.

M.Çavuşoğlu Ermənistanı cəsarətli olmağa çağırıb.

Nazir qeyd edib ki, Türkiyə tərəfi xüsusi nümayəndələrin görüş yeri üçün İrəvanı təklif etsə də, Ermənistan buna razılıq verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Putin növbəti dəfə Əliyevə zəng edib

26 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb. Bundan əvvəl Putin Əliyevə oktyabrın 31-də və noyabrın 22-də zəng etmişdi.
Siyasət

Müdafiə Nazirliyi: Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

26 Noyabr 2022

Rəsmi səhifə

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib. Bu barədə noyabrın 26-da Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib",- məlumatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo