Siyasət

Vaşinqton İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə reaksiya verib

25 Oktyabr, 2022
862

Açıq mənbələrdən götürülüb

ABŞ Dövlət Departamenti İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.

Bu barədə oktyabrın 25-də Dövlət Departamentinin rəsmi saytında bildirilib. 

Qurumun sözçüsü Ned Prays məsələylə əlaqədar deyib ki, ABŞ Qafqaz regionunu sabit görmək istəyir:

“Mənim bu məsələylə bağlı konkret şərhim yoxdur. Əlbəttə, biz  Qafqaz regionunda sabitlikdə maraqlıyıq, bunu görmək istəyirik, iki ölkə arasında gərginliyi azaltmaq üçün həm Ermənistan, həm də Azərbaycanla işləyirik”.

https://toplum.tv/siyaset/iran-azerbaycanla-serhedde-herbi-telimlere-baslayib

İran İslam İnqilabı Keşikçiləri Korpusu keçən həftə Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirib. Rəsmi Tehran təlimlərin qonşulara qarşı olmadığını bəyan etsə də, bir sıra ekspertlər hərbi təlimlərin rəsmi Bakıya göz dağı vermək üçün keçirildiyini bildirirlər. 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general Məhəmməd Pakpurun sözlərinə görə, Azərbaycanla sərhəddə hərbi təlimlərinin keçirilməsi quru qoşunlarının döyüş qabiliyyətini artırmaq məqsədi güdür və illik plana əsasən həyata keçirilir. 

İran ötən ilin oktyabrında da Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirmişdi. 

Azərbaycan Prezidenti İlham Əliyev məsələylə əlaqədar açıqlamasında İran hərbi təliminin keçirilməsini "çox təəccübləndirici" adlandırmışdı. Əliyev müsahibəsində hər bir ölkənin öz ərazisində təlim keçirə biləcəyini, bunun onun ayrılmaz haqqı olduğunu bildirsə də, İranın Cəbrayıl, Füzuli və Zəngilan bölgələrinin 30 il Ermənistanın işğalında olarkən niyə hərbi təlim keçirməməsini sorğulamışdı. 

Ötən ilin bu vaxtı Azərbaycanla İran arasında münasibətlər Ermənistanın bir hissəsi Azərbaycandan keçən Gorus-Qafan yolundan istifadə edən İran nömrəli nəqliyyat vasitələrinə rəsmi Bakının nəzarət etməsindən sonra gərginləşmişdi.

Həmçinin Azərbaycan Ermənistan ərazisindən Zəngilan dəhlizinin keçməsində təkid edir, İran rəsmiləri isə belə bir dəhlizə qarşı olduqlarını dəfələrlə bildiriblər. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

BMT missiyası Qarabağa səfər edəcək

Toplum TV
29 Sentyabr 2023

mfa.gov.az

Rəsmi Bakı BMT missiyasının Qarabağ bölgəsinə səfər edəcəyini açıqlayıb. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 29-da Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Sözçünün dediklərinə görə, Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağda həyata keçirilən humanitar fəaliyyətlə tanış olmaq üçün bölgəyə dəvət edib.  "Bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək. Səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq....
Siyasət

DTX erməni generalı həbs edib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistan vətəndaşı Davit Manukyan barədə Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, Manukyan Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq, qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma, eləcə də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilib. https://toplum.tv/siyaset/pseparatccedililarin-keccedilmis-muumldafie-naziri-saxlanilibp Onun 27 sentyabr 2023-cü il tarixində saxlanıldığı bildirilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Seçilmiş Videolar

Toplum TV loqo