Siyasət

Vəkil Elçin Qənbərovun həbs edildiyi bildirilir 

28 İyun, 2022
1180

Vəkil Elçin Qənbərovun həbs edildiyi deyilir. 

Bu barədə "gununsesi.info" xəbər yayıb.  

"Mərkəz” Vəkil Bürosunun rəhbəri olan E.Qənbərovun adı dələduzluqda hallanır və barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbirinin seçildiyi bildirilir. 

Onun həbsinin təfərrüatları mediaya tam bəlli deyil, hər hansı bir rəsmi açıqlama da verilməyib. 

Toplum TV xəbərlər bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan münasibət öyrənə bilməyib. 

Bildirilir ki, E. Qəmbərovun hüquqlarını oğlu Əli Qənbərov müdafiə edəcək. 

"Atamın həbsindən sonra qeyri-iş günləri olduğundan onunla görüşə bilməmişəm. Özü ilə söhbət etmədən nəsə danışmaq istəmirəm", - deyə Ə.Qənbərov qısa açıqlama verib. 

Elçin Qənbərova verilən dələduzluq ittihamlarına gəlincə, oğlu bu barədə məlumatsız olduğunu deyib. 

Vəkilin ayrı-ayrı adamlara ümumilikdə 330 mindən çox zərər vurduğu iddia olunur. 

Daha əvvəl 2016-cı ildə məhbəs həyatı yaşayan MTN cinayətlərinin qurbanlarından olan Səid Dadaşbəylinin arvadı İlhamə Dadaşbəyli ictimai şəkildə vəkili dələduzluqda ittiham etməsi gündəm olmuşdu: “Bu adam ölkənin nüfuzlu müxalifət liderlərindən birinin adıyla bizdən 5000 dollar pul aldı ki, Səid Dadaşbəylinin adını siyasi məhbus siyahısına saldıracaq. Biz sonradan öyrəndik ki, Elçin Qənbərov həmin şəxsin adını bizdən etibar qazanmaq üçün çəkib. Bununla o, açıq formada dələduzluq edib. Bundan başqa o, bizdən Səidi əfvə saldırmaq adıyla 25 min manat pul almaq istədi. Yenə də illər keçdi, əfvə olan ümidlərimiz puça çıxdı". 

"2015-ci ildə ildə onu polisə verdik və cinayət işi başlandı. Sonra müxtəlif yollarla bu işdən çıxdı. Həbsdə olan bir insanın ailəsinin, yaşlı valideyinlərinin heysiyyatı ilə oynamaq, heç bir vicdana sığmır”, - deyə həyat yoldaşı mediaya bildirmişdi.

Eçin Qənbərov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da vəkili olub. 

Daha sonra hüquq müdafiəçisinin yazışmaları əsasında onun əleyhinə "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabını yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağ separatçıları Əliyevə cavab verdi

Toplum TV
29 May 2023

Açıq mənbələrdən götürülüb

Qarabağ separatçılarının lideri Araik Aratyunyanın sözçüsü Lusine Avanesyan Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları ilə bağlı açıqlama verib.  Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, Avanesyan Qarabağdakı qondarma quruluşun Əliyevin tələblərini yerinə yetirməyəcəyini bildirib.  "Arutyunyan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də xalqların bərabər hüquqlu və öz müqəddəratını təyin etmə prinsipinə əsaslanan beynəlxalq formatda dialoqa başlamağa hazır olduğunu bildirib.  Üçtərəfli Atəşkəs Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə "Artsax xalqı" ilə güc dili ilə danışıb, biz lokal hərbi fəaliyyətlə düşmənçilik, blokadalar, enerji və digər təzyiqlər formasında aqressiyanın şahidi olmuşuq və olmaqda davam edirik. Bu dəfə isə Azərbaycan Prezidenti "Artsax xalqı"nın seçilmiş hakimiyyət orqanlarına...
Siyasət

AXCP fəalı həbs edilib

29 May 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının fəalı Zaur Əhmədov inzibati qaydada 30 sutka həbs edilib. Toplum Tv xəbər verir ki, bu barədə mayın 29-da AXCP-nin mətbuat xidmətindən bildirilib  Məlumata görə, Əhmədov mayın 26-da səhər saxlanılıb. "Sonradan bəlli olub ki, o, naməlum və açıq-aşkar uydurma ittihamla 30 sutka həbs edilib. Ona görüş, telefon danışıqları, yemək alması üçün imkan yaradılmır", - Partiyanın açıqlamasında qeyd edilib.  https://toplum.tv/siyaset/pelizamin-salayevin-vekili-quotdedi-ki-ya-beraet-alacaq-ya-da-hedsxanada-oumllecekquotp AXCP hesab edir ki, Əhmədovun həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.   Daxili İşlər Nazirliyi Şirvan regional qrupundan "Turan" agentliyinə bildiriblər ki, Zaur Əhmədov mayın 26-da "ictimai asayişi pozduğuna və polisə tabe olmadığına görə"...

Seçilmiş Videolar

Toplum TV loqo