Siyasət

Vəkil Nağı Mahmudi Azərbaycana buraxılmadı

Vüsalə Mikayıl
5 Aprel, 2022
640

Açıq mənbədən götürülüb

Əslən İrandan olan, hazırda Almaniyada yaşayan vəkil Nağı Mahmudi vizası olduğu halda Azərbaycana buraxılmadığını deyir.

Onun sözlərinə görə, martın 15-də saat 22-dən səhər 04:45-dək hava limanında saxlandıqdan sonra ona vizası olmadığını söyləyiblər və ölkədən geri qaytarıblar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bağlı olan "Asan viza" saytından aldığım viza əlimdə ola-ola məni Azərbaycana buraxmadılar. Çox gülünc olaraq yazıblar ki, viza yoxdur. Neçə saat aeroportda gözlədikdən sonra məni Almaniyaya geri göndərdilər”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev Nağı Mahmudinin şikayətlərini əsassız sayır. Onun sözlərinə görə, vətəndaşa ümumiyyətlə viza verilməyib: “Vətəndaşın göndərdiyi sənədlər viza vermək üçün uyğun olmadığından Nağı Mahmudiyə viza verilməyib”.

Nağı Mahmudi isə ona vizanın verildiyini təsdiqləyən sənədlərdə bunun əksi yazıldığını deyir.

Название

Hüquq müdafiəçisi Zaur Əkbərin söylədiyinə görə, vətəndaşın sənədləri qaydasındadırsa və viza alıbsa, onun aeroportdan geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur.

““ASAN” xidmətdən sənədlərin alınması dövlət səviyyəsində icazə verilməsi anlamına gəlir və etibarlı sayılır. Əgər belə olan halda ölkədən deport edilirsə, artıq burda qanunsuzluğa yol verilib”.

Z.Əkbər deyir ki, vətəndaş belə olan halda vəziyyətlə bağlı Almaniya hökumətinə də şikayət məktubu ünvanlaya bilər.

 

Siyasət

Müsəlman Birliyi Hərəkatının üzvünə hökm oxundu

20 May 2022

Razi Hümbətov - sosial media

Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova hökm oxunub. Azadlıq Radiosunun məlumatına görə, hərəkatın üzvü 6 il azadlıqdan məhrum edilib. R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Atası məhkəmə qərarını qərəzli adlandırıb və qeyd edib ki, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər. Xəbərdə o da bildirilir ki, məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlanılıb. R.Hümbətov ötən il iyulunda saxlanıb....
Siyasət

Almaniyadan qaytarılan daha bir fəal həbs edilib

Roza Məmmədova
20 May 2022

açıq mənbədən götürülüb

Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir. Bu barədə məlumatı mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb: “Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?” Əfqan Muxtarlı - sosial media Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib: “Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”....

Seçilmiş Videolar

Toplum TV loqo