Siyasət

Vəkil: “Saleh Rüstəmov xüsusi nəzarətə götürülüb”

Şəhla Kərim
8 Dekabr, 2021
2086

Sosial Media

33 gündür aclıq aksiyası keçirən AXCP fəalı Saleh Rüstəmovun vəziyyəti ağırlaşıb.

Bu barədə onun vəkili Bəhruz Bayramov dekabrın 8-də “Toplum TV”-yə açıqlamasında danışıb.

“Bu gün qardaşları Saleh Rüstəmovla görüşdülər. Eşitdik ki, Saleh bəy xüsusi nəzarətə götürülüb. Mən ərizə yazmışdım ki, həkim müayinəsi üçün şərait yaradılsın. Qəbul edilib və dünən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən xüsusi həkim briqadası Saleh bəyə baş çəkib” – deyə Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, görüşdə həkim Adil Qeybulla da iştirak edib.

“Çəki itirib və orqanizmi zəifləyib”

Həkim-cərrah, professor Adil Qeybulla “Toplum TV”-yə bildirib ki, Saleh Rüstəmovun hazırda həyatı üçün təhlükə yoxdur:

“Biraz çəki itirib, zəifliyi var, danışığında və hərəkətlərində müəyyən qədər çətinlik çəkdiyi hiss olunur. Amma bu gün həyatı üçün təhlükə yoxdur, çünki müalicə müəssisəsindədir, artıq ona neçə gündür intensiv şəkildə dəstək müalicəsi aparılır. Məsələnin həlli yolu istiqamətində addımlarımız davam edir. Ümid edirəm ki, hər şey yaxşılıqla qurtarar”.

Adil Qeybulla - Açıq mənbələrdən götürülüb

“Prezident Administrasiyasına vəziyyət barədə məlumat vermişik”

Noyabrın 19-da Saleh Rüstəmovun azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edən hüquq müdafiəçilərindən biri Novella Cəfəroğlu “Toplum TV”-yə müraciətlərinin müsbət nəticələrinin olacağına inandığını deyib.

“Biz bu gün səhər tezdəndən həbsxana ilə əlaqə yaratmışıq. Həm Fuad Ələsgərova (Prezidentin köməkçisi-red), həm də Prezident Administrasiyasına vəziyyət barədə məlumat vermişik, görək onlar nə qərar verəcək. Hər yerə müraciət etmişik, hər yerə. Saleh bizim yaxın dostumuzdur, ən çox sevdiyim insandır. 3 ildir, o, həbsxanada olandan bəri bu işlə məşğuluq. İndi də çox narahatıq. Deputatlar da müraciət edib prezidentə. İnşallah, müsbət nəticələr olar” – deyə Novella Cəfəroğlu qeyd edib.  

Novella Cəfəroğlu - Açıq mənbələrdən götürülüb

O, edilən müraciətlərin nəticəsi ilə bağlı suala cavabında bildirib ki, bu haqda hələ ki, heç bir məlumatı yoxdur, sabah nəticəsi bilinəcək.

Saleh Rüstəmovun son durumu ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqova müraciət etdik. O isə sualları Tibb Baş İdarəsinə ünvanlamağımızı istədi. Tibb Baş İdarəsindən isə məlumat almaq mümkün olmadı.

Xatırlatma

AXCP fəalı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbilə noyabrın 6-dan etibarən aclıq aksiyası keçirir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edib. Müraciətlərə hələlik müsbət cavab verilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1,7 milyon adam gəlib.  Toplum TV xəbər verir ki, bu barədə noyabrın 29-da Dövlət Statistika Komitəsi məlumat yayıb.  Bildirilir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çoxdur. https://toplum.tv/siyaset/pazerbaycan-ve-ermenistan-resmilerinin-serhedde-harada-goumlruumlseceyi-melum-olubp Əcnəbi turistlərin gəldiyi ölkələrin ilk beşliyi belədir:  1. Rusiya Federasiyası 30,7% 2. Türkiyə 17,9%  3. İran 7,7% 4. Hindistan 5,1% 5.Gürcüstan 4,8% 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı isə 27,1 faiz artaraq təxminən 1,5 milyon nəfər olub. Azərbaycan vətəndaşları ən çox Rusiya Federasiyasına, Gürcüstana, Türkiyəyə və İrana səfər ediblər. 2023-cü ilin yanvar-oktyabr aylarında...
Siyasət

ABŞ-ın yeni səfirinin Azərbaycana gələcəyi vaxt məlum oldu

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək. Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 29-da "Turan" informasiya agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.  Bildirilir ki, karyera diplomatı olan Libbi, təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayından, Li Litzenberqer postunu tərk etdikdən sonra Vaşinqton Azərbaycanda səfir təyin etməmişdi. https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Libbinin Bakıya gəlişi dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından bir neçə gün sonraya təsadüf edir. Libbi karyerası ərzində Brüsseldə ABŞ-ın Avropa İttifaqı yanında missiya rəhbərinin müavini vəzifəsində çalışıb. O, həmçinin ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo