Açıq mənbələrdən götürülüb
Avropa Şurasının Venesiya Komissiyası 17-18 iyun tarixli iclasında Azərbaycanın ötən ilin sonunda qəbul edilmiş media haqqında qanununu müzakirə edəcək.
"Turan" xəbər verir ki, Venesiya Komissiyasının ekspertlər qrupu Azərbaycanın media haqqında yeni qanununun Avropa Şurasının standartlarına uyğunluğunu tədqiq ediblər və bu məsələ ilə bağlı rəy hazırlayıblar.
"Bu rəy komissiyanın qapalı iclasında müzakirə ediləcək və qəbul ediləcək. Ekspert rəyinin hazırlanmasını fevralın 2-də AŞPA-nın Monitorinq Komitəsi tələb edib", - deyə məlumatda bildirilir.
Qapalı iclasda qəbul edilən qərarlar iyunun 20-də KİV-də açıqlanacaq.
Ötən il dekabrın 30-da Azərbaycan parlamenti media haqqında yeni qanun qəbul edib. Azərbaycan prezidenti İlham Əliyev KİV haqqında yeni qanunu bu ilin fevralında imzalayıb.
Qanun KİV sahəsində təşkilati-hüquqi və iqtisadi əsasları, habelə kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayılmasının ümumi qaydalarını müəyyən edir.
Sənəd jurnalistlərin fəaliyyəti ilə bağlı məsələləri, o cümlədən jurnalistlərə müvafiq vahid vəsiqələrin verilməsi, KİV Reyestri yaradılması məsələlərini əhatə edir, gizli çəkiliş aparılmasını qadağan edir və s.
Açıq mənbələrdən götürülüb
"president.az"
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?