Siyasət

Venesiya Komissiyası: Qanun bu şəkildə tətbiq olunmamalıdır

20 İyun, 2022
144

Rəsmi səhifə

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycandakı “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqlayıb. 

4 ekspertin hazırladığı 22 səhifəlik rəy Venesiya Komissiyasının 17-18 iyun tarixlərində keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Komissiyasını qanun layihəsi ilə bağlı rəyində bildirilir: 

“Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır:

- Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin;

- Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır;

- akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır;

- məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq;

- jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək;

- platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək;

- çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;

Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edib ki, jurnalist anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin gərəkli olduğu vurğulanır.

Hüquqşünas Xalid Ağaliyev Venesiya Komissiyasının rəyini şərh edərkən bildirib ki, onu bir cümlə ilə ifadə etmək olar: "Avropa Şurasına üzv olan ölkədə belə bir qanun tətbiq edilməməlidir".

https://toplum.tv/siyaset/media-haqqinda-yeni-qanun-layihesinden-naraziliq-layihede-xeyli-murtece-meqamlar-var

Ötən il dekabrın 30-da Azərbaycan parlamenti media haqqında yeni qanun qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev “Media haqqında” Qanun layihəsini bu ilin fevralında imzalayıb.

Qanun KİV sahəsində təşkilati-hüquqi və iqtisadi əsasları, habelə kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayılmasının ümumi qaydalarını müəyyən edir.

Sənəd jurnalistlərin fəaliyyəti ilə bağlı məsələləri, o cümlədən jurnalistlərə müvafiq vahid vəsiqələrin verilməsi, KİV Reyestri yaradılması məsələlərini əhatə edir, gizli çəkiliş aparılmasını qadağan edir və s. 

Siyasət

REAL seçkilərlə bağlı İlham Əliyevə müraciət edib 

29 İyun 2022
Respublikaçı Alternativ Partiyası (ReAl) Milli Məclisdə boş qalan 7 dairə ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə 7 dairədə yaşayan 384 min 545 seçicinin uzun müddətdir ki, Milli Məclisdə təmsilçisiz qaldığı xatırlanıb. Qeyd edilib ki, onlardan 186 min 312 nəfəri Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar: "Yarandığı vaxtdan parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub. Bu baxımdan toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirakı vətəndaşların haqqı və istəyidir". REAL Partiyası boş qalan dairələrin ikisində yaşayan 1651 seçicidən bu istəkləri barədə imza topladığını vurğulayıb. Müraciətdə 33 saylı Xətai, 35 saylı Xətai,...
Siyasət

Altı erməni hərbçi casusluğa görə həbs olunub
 

29 İyun 2022

Sosial media

Son iki gündə Ermənistanda bir hərbçi, Qarabağda isə beş separatçı döyüşçü dövlətə xəyanətə görə həbs olunub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına istinadən Turan İnformasiya Agentliyi xəbər verir ki, həbs edilmiş hərbi qulluqçu obyekt, hərbi texnika, təlim keçirən kəşfiyyat bölmələrin sayı, silahlanması barədə məlumat və fotoşəkilləri xarici kəşfiyyata ötürüb. Məlumatda hərbi qulluqçunun "Odnoklassniki" sosial şəbəkəsi vasitəsilə ələ alındığı və 4800 ABŞ dolları müqabilində xarici kəşfiyyata işləməyə razılıq verdiyi bildirilib. Məlumatların “Whatsapp” vasitəsilə ötürüldüyü iddia edilir. Öz növbəsində, bu gün Qarabağ separatçılarının Təhlükəsizlik Xidməti də Azərbaycana işləyən agentlər şəbəkəsinin həbs edildiyini bildirib. Onların hamısı Qarabağ separatçılarının hərbi qüvvələrinin qulluqçularıdır. Bu şəxslərin “Feysbuk”...

Seçilmiş Videolar

Toplum TV loqo