Siyasət

Vilyam Hacıyevin məhkəməsində ekspert: Tikintini görmədən rəy yazmışam

2 İyul, 2022
826

Açıq mənbələrdən götürülüb

İyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Rauf Malışov İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il azadlıqdan məhrum edilməsini istədi. Ancaq buna qədər məhkəmə iclasında iki şahid dindirildi. Bunlar müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş ekspertlər idi.  

İfadə verənlərdən biri də Ədliyyə Nazirliyinin eksperti Zaur Məmmədov idi. Müdafiə tərəfi və Vilyam Hacyev bu ekspertin dindirilməsini vacib hesab edirdi və onların iddiasına görə, ekspert Maliyyə Nazirliyinin tərtib etdiyi maliyyə sənədlərini düzgün tədqiq etməyib, ekspertiza səthi aparılıb. Zaur Məmmədov tərəflərin suallarını cavablandırarkən məlum oldu ki, o, Maliyyə Nazirlriyinin tərtib etdiyi aktları yoxlayıb və imzalayıb. 

Ekspert-şahid deyib: “Mənim işim yalnız verilmiş aktları yoxlamaqdır, mənə verilmiş aktlardan kənara çıxa bilmərəm. Nə verilibsə, onu da yoxlamışam”. 

Vəkil ekspert Zaur Məmmədovdan bu məsələni bir qədər dəqiqliyi ilə izah etməsini istəyib. 

Ekpert-şahid cavab verib: “Yəni mən yoxlanmış sənədləri təzədən yoxlayıb rəy verirəm. Yoxlanmış və mənə təqdim olunmuş həmin sənədlərdən kənara çıxa bilmərəm. Belə deyək də, tutalım, mənə  deyiblər ki, İmişlinin bu kəndini yoxla, mən o kəndi yoxlamalıyam, başqa kəndə keçə bilmərəm. Yəni belə bir şey”. 

Sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti üzrə eksperti Xəyyam İsgəndərov ifadə verib. O, bildirib ki, Vilyam Hacıyevə ittiham verilmiş epizod üzrə sözügedən tikiliyə baxış keçirmədən rəy verib. Şahidlər dindiriləndən və sorğulanandan sonra vəkil Elmar Kərimov vəsatət qaldırıb: 

“Baxın, hörmətli məhkəmə, birinci ekspert burda etiraf etdi ki, Maliyyə Nazirliyindən ona hansı yoxlanmış sənədi veriblərsə, onun işi həmin sənədi təzədən yoxlayıb rəy yazmaqdan ibarət olub. Buna “yoxlayıb” demək də olmaz, sadəcə, verilən sənədləri öz rəyiylə təsdiqləyib. Ekspertin özünün müstəqil yoxlama apara bilməməsi absurddur. Ekspert müstəqil yoxlama aparmalıdır. İstintaq orqanı bunların qarşısına sual qoyur ki, bax, gör bu aktları düz tərtib ediblər, ya yox. Bu isə deyir ki, mən müstəqil yoxlama apara bilmirəm. Mənə nə verilibsə, onu da yazmışam”. 

Vəkil ikinci ekspertin ifadəsinə də toxunub: “İkinci ekspert də burda açıq-aşkar etiraf etdi ki, tikintiyə baxmamış rəy verib. Bu, absurddur. Yenə də deyirəm, burda bir insanın taleyi həll olunur, o tikintiyə görə bir insana ittiham verilib, necə yəni, yoxlama aparmadan rəy vermişəm? Bu, balaca məsələ deyil. Təsəvvür edirsizmi, tikinti üzrə ekspertdir, deyir ki, komissiya nə yazıb, onu təsdiqləmişəm. Mən ondan dəfələrlə soruşdum burda, dedi ki, rayonda olmamışam, getməmişəm, tikintilərə baxış keçirməmişəm. Mən 28 ildir tikinti ekspertləri ilə işləyirəm, hələ belə şey görməmişdim ki, ekspert otursun Bakıda, İmişlidəki tikintiylə bağlı görməmiş, baxmamış, heç bir məlumatı olmadan rəy yazsın. Maraq üçün gəlin Ekspertiza Mərkəzinin tikinti ekspertiza şöbəsindəki bütün ekspertiza sənədlərini qaldıraq, görək orada tikintiyə baxış keçirilmədən yazılmış bir rəyə rast gələrikmi? Əlbəttə ki, yox. Bu, absurddur”. 

Vəkil tikinti üzrə məhkəmə ekspertizası təyin olunması ilə bağlı vəsatət qaldırdı. Hakim qısa müşavirədən qayıdandan sonra vəsatətin təmin olunmadığını elan etdi. 
Ardınca hakim tərəflərdən məhkəmə istintaqının yekunlaşmasıyla bağlı fikirlərini soruşdu. Vilyam Hacıyev və vəkili buna etiraz etdi. 

Vilyam Hacıyevlə hakim arasında belə bir dialoq oldu: 

Vilyam Hacıyev: - Mən etiraz edirəm. Ekspert gəlib burda boynuna alır ki, mən ekspertiza keçirməmişəm. Bu, çox vacib məsələdir. Siz onun qanunsuz işini qəbul edirsinizsə, öz işinizdir, mən qəbul etmirəm. 

Hakim:  - Vilyam Hacıyev, qəbul edirik, ya etmirik, biz bunu müşavirə otağında müzakirə edirik, qərar veririk. Bu məsələ məhkəmə zalında müzakirə olunmur.
Vilyam Hacıyev: - Biz məhkəmənin çıxardığı qərara hörmətlə yanaşırıq, ancaq ekspert deyir ki, rayonda olmamışam, tikintini görməmişəm, ekspertiza hərəkətləri aparmamışam, Bakıda oturub rəy yazmışam. Digər ekspert deyir ki, Maliyyə Nazirliyinin yoxladığı sənədləri təzədən yoxlayıb rəy yazmışam. Halbuki bizim etirazımız elə o sənədlərin saxta tərtib olunmasınadır. Ekspert həmin aktları təsdiqləyib, atıb ora. 

Hakim: - Vilyam Hacıyev, deyəsən yenə məni başa düşmədiniz. Məhkəmə ekspertlərin rəylərinə yekun qərar çıxaranda hüquqi qiymət verəcək. 

Vilyam Hacıyev: Biz istəyirik ki, ekspert yenidən ekspertiza keçirsin. 

Hakim: O hissəyə məhkəmə yekunda hüquqi qiymət verəcək. 

Sonra prokuror Rauf Malışov çıxış edərək ittihamlar ətrafında danışdı və Vilyam Hacıyevə qarşı irəli sürülmüş bu ittihamların məhkəmə istintaqı zamanı zərərçəkmiş, şahid ifadələri ilə sübuta yetirildiyini dedi. O, məhkəmədən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vilyam Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. 
Vilyam Hacıyev prokurorun çıxışına heç bir reaksiya vermədi. 

Hakim növbəti məhkəmə iclasını iyulun 8-nə təyin etdi. 

Vilyam Hacıyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. 

İstintaq orqanı ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo