Açıq mənbələrdən götürülüb
Rusiyalı teleaparıcı Vladimir Solovyov verilişinə Qarabağdakı erməni seperatçılarının nümayəndəsini dəvət etdiyinə görə Azərbaycandan üzr istəyib.
O, üzrxahlığını dünən, iyunun 29-da “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində çatdırıb.
“Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən şəxsən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə baş verən hadisə Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm. Ona görə ki, bu, mənim şəxsi siyasi səhvimin ucbatından oldu. Çətin dövrdən keçirik, səhvlər baş verir”, - deyə o bildirib.
İyunun 28-də Solovyov “Vesti FM”də apardığı “Polnıy kontakt” verilişində Dağlıq Qarabağ seperatçılarının nümayəndəsi David Babayanı “Artsaxın xarici işlər naziri” kimi qonaq qismində təqdim edib. Bu, Azərbaycan rəsmiləri tərəfindən ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul olunub. Solovyov bu fakta görə üzr istəyib.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir