Xalq artisti: "Aktyordan prezident olmaz deyənlər Zelenskiyə baxsınlar"
Meydan TV
Rasim Balayev: "Reyqan da aktyor idi, amma bütün SSR-ni dağıtdı"
"Aktyordan prezident olmaz deyən adamlar bugünkü Zelenskiyə baxsınlar. Ondan insanlıq, mərdlik, kişilik öyrənsinlər".
Bunu "Toplum TV"-yə Xalq artisti, aktrisa Afaq Bəşirqızı söyləyib.
Əməkdar incəsənət xadimi Məlahət Abbasova sosial şəbəkədə Ukrayna Prezidenti Vladimir Zelenski barədə müzakirələrə səbəb olacaq şərh yazıb.
Türkiyədə fəaliyyət göstərən aktrisa "Show News"un instaqram hesabına rəy yazaraq aktyordan siyasətçi olmayacağını qeyd edib: "Volodimir Zelenski aktyor, ssenarist və rejissordur. Komediyaçı və siyasətçidir. Siyasət onun işi deyil. Aktyordan lider olar? Adama deyərlər ki, get, aktyorluğunu və rejisssorluğunu et. Əlbəttə ki, bu savaşda yalnız qalacaq".
Digər aktyorlar bu barədə nə düşünür?
Xalq artisti, aktrisa Firəngiz Mütəllimova hesab edir ki, prezidentin hansı ixtisasa sahib olmasının fərqi yoxdur: “Əsas odur ki, onun fərasəti olsun. Zelenskini xalq seçib, o da sonunadək xalqının yanında dayanır”.
Əməkdar artist, aktyor Şamil Süleymanlı isə bildirir ki, aktyorun bir siyasəti var, o da sənətdir: “Aktyorun deputatlığı, onun hansısa vəzifədə olması mənim ağlıma girmir. Sənət adamının öz meydanı, səhnəsi varsa, elə bu onun uğurlu siyasətidir”.
Xalq artisti Rasim Balayevin fikrincə, digər ixtisas sahibləri kimi aktyorlar da prezident ola bilər. O, Amerika prezidenti Ronald Reyqanı da misal çəkir.
“Ronald Reyqan da aktyor idi. Heç indiyədək Amerikaya onun kimi prezident gəlməyib. Reyqan bütün SSR-ni dağıtdı. Amma Prezidentlik işi çox çətindir. İnsan bir ailənin problemlərini zorla həll edir, o ki qala ölkə idarə etmək”, - deyə o bildirib.
Aktyor onu da qeyd edir ki, prezidentin uğurlu-uğursuz fəaliyyəti həm də yerləşdiyi coğrafi ərazidən asılıdır: “Burada Rusiya amili var və torpaq iddiası irəli sürür. Rusiya ilə qonşu ola-ola dövlət idarə eləmək çətindir. Zelenski rusların siyasəti qarşısında zəif düşə bilər, amma ümumilikdə pis prezident deyil”.
Başqa bir aktyor, xalq artisti Vidadi Həsənov isə tamam fərqli cavab verir: "Müharibə gedən bir vaxtda prezidentin aktyor olub-olmamasının nə fərqi var? Ukrayna xalqı bəlanın içərisindədir, insanlar ölür. Prezidentin kimliyi nəyə lazımdır?”.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
açıq mənbədən götürülüb
AMEA
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”