Siyasət
XİN: Ermənistan nazirinin ərazilərimizə səfəri baha başa gələ bilər
15 Yanvar, 2021
147
 FOTO: XİN
 
"Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yanvarın 14-də yaydığı məlumatda bildirilib.

"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik"
, - deyə nazirliyin məlumatında qeyd olunub. <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_210115_102814_394.sdoc -->
Siyasət

YAP İdarə Heyətinin yeni üzvləri məlum oldu

5 Mart 2021

Report

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. 40 nəfərdən Yenilənmiş İdarə Heyətində bu şəxslər yer alıb: 1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri 2. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti 3. Tahir Mirkişili 4. Cavid Osmanov 5. Sadiq Qurbanov 6. Hikmət Babaoğlu 7. Elşad Mirbəşiroğlu 8. Azər Badamov 9. Şahin İsmayılov 10. Ramin Məmmədov 11. Kamal Cəfərov 12. Əli Əhmədov 13. Mübariz Qurbanlı 14. Eldar İbrahimov 15. Bahar Muradova 16. Mixail Zabelin 17. Vasif Talıbov 18.İsmayılov Amin 19. İsgəndərov Anar 20. Əliyev Rauf 21. Əzizov Eldar...
Siyasət

Prezident: "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"

5 Mart 2021

Vikipedia

“Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə artıq görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək".  Bunu Prezident İlham Əliyev martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında deyib. O, bildirib ki, Ermənistan əməkdaşlıq etməyə məcbur ediləcək: "Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük...
Seçilmiş Videolar