Siyasət

XİN Gəncə terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

11 Oktyabr, 2022
512

Sosial Media

“Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "tviter" hesabında yazıb.

Leyla Abdullayeva qeyd edib ki, bu cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb: “Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür”.

https://toplum.tv/siyaset/aspa-da-azerbaycan-ve-ermenistan-arasinda-debat-kecirilib

APA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Gəncəyə hücumların ikinci ildönümü ilə bağlı tədbirdəki çıxışında isə Leyla Abdullayeva bildirib ki, XİN bu istiqamətdə məlumatlandırma aparıb, dəlillər toplanaraq beynəlxalq təşkilatlara göndərilib: “Hərbi cinayətlə bağlı Avropa Məhkəməsində və Beynəlxalq Ədalət Məhkəməsində vəsatətlər qaldırılıb. Bu məsələlərə hələ də baxılır.

Azərbaycan təqsirkarların ədalət və qanun qarşısında cavab verməsi üçün bütün imkanlar istifadə edəcək. Təəssüf ki, bu günə qədər hərbi cinayətlər törətmiş şəxslərdən bir nəfər də Ermənistanda qanun qarşısında cavab verməyib. Biz hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiqlər etməyə çağırırıq”.

2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə  şəhərinn mərkəzi Ermənistanın ballistik raket hücumuna məruz qalıb.

Çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər ölüb, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. 

Baş Prokurorluğun məlumatına görə, Gəncə terrorunda zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əyşalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Tehran İsrail Prezidentinin Azərbaycan səfərinə münasibət bildirib

Toplum TV
31 May 2023

Rəsmi səhifə

“Sionist rejimin heç bir regional fəaliyyəti İran İslam Respublikasının diqqətindən yayınmır" Toplum TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfərini şərh edərkən bildirib.  "Hörümçək toru etibarsızdır və onun regional mövcudluğunu genişləndirmək uğrunda mübarizə “saxta rejimin” sarsılmış daxili bünövrəsini düzəltməyə kömək etməyəcək. Bütün dünyada insanlar sionist rejimə nifrət edirlər, onun gələcəyi yoxdur”, - deyə Kənani "Tvitter" hesabında yazıb. https://toplum.tv/siyaset/pisrail-prezidenti-azerbaycana-resmi-sefere-gelibp İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfəri 30-31 may tarixlərinə təsadüf edib. Burada o, Prezident İlham Əliyev başda olmaqla bir sır rəsmi şəxslərlə görüşlər keçirib, yerli yəhudi icması ilə görüşüb, həmçinin paytaxtda...
Siyasət

Co Bayden: ABŞ Azərbaycanın yanında olacaq

31 May 2023

Reuters

ABŞ Cənubi Qafqazda stabilliyə, ölkələrin suverenliyinə və müstəqilliyinə dəstəyinə sadiq qalır Toplum TV xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan və Bakı Enerji Həftəsinin açılışında itirak edən ABŞ dövlət katibinin enerji resursları bürosu üzrə köməkçisi Ceffri Payett deyib.  Onun sözlərinə görə, ABŞ Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfəni təqdir edir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir. Payettin çıxışından sonra ABŞ Prezidenti Co Baydenin tədbir iştirakçılarına müraciəti səsləndirilib. ABŞ lideri bildirib ki, son 30 ildə Azərbaycan və ABŞ güclü tərəfdaşlıq qurublar.  "Bu əməkdaşlığımız beynəlxalq təhdidlərə qarşı birgə mübarizə aparmaq, inklüziv iqtisadi böyüməni təşviq etmək kimi sahələri əhatə edir....

Seçilmiş Videolar

Toplum TV loqo