Siyasət

“Xocalıda cinayət törətmiş şəxslər Azərbaycan tərəfindən ələ keçirilib”

26 Fevral, 2021
2447

Murad Sədrəddinov - sosial media

Fevralın 26-da Xocalı faciəsinin 29-cu ili tamam olur. Aradan böyük zaman keçsə də, hələ də həmin gün baş verənlər beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini almayıb. Hətta Azərbaycan özü də Xocalı faciəsini soyqırım kimi tanınmayıb. 

“Toplum TV” bununla bağlı hüquqşünasın və  politoloqların rəyini öyrənib. 

Siyasi şərhçi Ramiz Yunus 29 il öncə baş verənlərə sivil dünyanın əsas siyasi və hüquqi qurumları tərəfindən lazımi qiymət verilməməsinə təəssüflənir. Onun qənaətincə, bu məsələ xüsusən Azərbaycanın ikinci Qarabağ müharibəsindəki uğurlarından sonra daha da aktuallaşıb. 

Ramiz Yunus - "Yeni Müsavat"

“Dağlıq Qarabağ məsələsi aktiv hərbi mərhələdən siyasi, hüquqi və informasiya savaşı müstəvisinə keçdi. Üstəlik, Xocalı şəhəri hələlik bizim nəzarətimizdə deyil. Məhz buna görə də Azərbaycan həm xarici, həm də daxili siyasətdə bütün gücünü siyasi, ideoloji və hüquqi müstəvidə birləşdirilməlidir. Ümumimilikdə vətəndaş cəmiyyətinin və ölkənin əsas strukturlarının bu mövzu ilə bağlı bir dövlət doktrinasına ehtiyacı var. Biz bu problemi Dağlıq Qarabağla bağlı gələcək danışıqlarda mütəmadi olaraq gündəmə gətirməliyik. Bu, Azərbaycan vətəndaşı üçün ümummilli məsələ olmalıdır”. 

Hüquqşünas Samirə Ağayevaysa Azərbaycan parlamentinin Xocalı hadisələrini soyqırım kimi tanımadığına - ortada rəsmi sənəd olmamasına diqqət çəkir. 
“Əvvəlcə Xocalı hadisələri parlament səviyyəsində soyqırım kimi tanınmalı, daha sonra digər işlər görülməlidir. Xocalı hadisələrində təqsirli olan şəxslər müəyyən olunub cəzalandırılmalıdır. Azərbaycanda buna Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Komitəsi cavabdehdir. Xocalı hadisələrinə mütləq hüquqi qiymət vermək lazımdır, yalnız bundan öncə digər addımlar atılmalıdır”.

Samirə Ağayeva - sosial media

Hüquqşünas xatırladır ki, soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqda  konvensiyanın 6-ci maddəsində qeyd olunur ki, soyqırım törətməkdə təqsirləndirilən şəxslər ya cinayətin törədildiyi dövlətin səlahiyyətli məhkəməsi tərəfindən mühakimə olunurlar ya da beynəlxalq məhkəmə tərəfindən. 
Siyasi şərhçi Murad Sədrəddinovun fikrincə, hadisələrə 29 il hüquqi qiymət verilməməsi Azərbaycanın həmin hadisələri soyqırım kimi tanıyıb-tanımaması ilə yox, beynəlxalq hüquq sisteminin effektiv olmaması ilə əlaqədardır. 

O, soyqırımla bağlı ilk məhkəmənin İkinci dünya müharibəsindən sonra Nürnberqdə keçirildiyini, yəhudilərə və digər millətlərə qarşı hərbi cinayətlər törətmiş faşistlərin cəzalandırıldıqlarını xatırladır. 

“Birləşmiş Milllətlər Təşkilatı  yaradıldıqdan sonra qurumun Təhlükəsizlik Şurasının qərarı ilə iki böyük hərbi tribunal baş tutub -  Yuqaslaviya və Ruanda soyqırımılarıyla bağlı. Təhlükəsizlik Şurası bu proseslərlə bağlı hər dəfə əlavə qərar çıxarmamaq və daimi qurum müəyyənləşdirmək üçün beynəlxalq qanunvericiliyin tərkibində Roma Statutu kimi hərbi tribunallar yaradılmasına qərar verib. Roma Statutu nə deməkdir? BMT-yə daxil olan ölkələr bunu  imzalayır və parlament ratifikasiya edir ki, hərbi cinayətlərə qarşı məsuliyyət daşımağa hazırdır. Hazırda Roma Statutunda 120 ölkə iştirak edir. Amma əksər böyük ölkələr, məsələn, Rusiya, Çin, İsrail, ABŞ orada iştirak etmir, o cümlədən Azərbaycan və Ermənistan da”. 

M.Sədrəddinovun ehtimalına görə, Azərbaycanın qoşulmamasına səbəb bir neçə ay öncəyədək ərazisinin 20 faizinin işğal altında olması və ölkədəki de-fakto müharibə vəziyyəti idi. 

“Ermənistan qoşulmadığı halda bizim ora qoşulmağımızın heç bir əhəmiyyəti yoxdur. Çünki  bu durumda yalnız özümüzü Roma Statutunun təsiri altına salırıq. Ümumiyyətlə, Roma Statutu effektiv mexanizim deyil”.

Murad Sədrəddinovun sözlərinə görə, Azərbaycan Xocalıda hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması üçün yollar axtarır: “Deyə bilərəm ki, Hərbi Prokurorluqda böyük bir idarə ancaq Xocalı soyqırımının araşdırılması ilə məşğul olub. Kifayət qədər sübutlar da toplanıb. Amma bu gün dünyada belə bir beynəlxalq hüquqi mexanizm yoxdur ki, Azərbaycan bu sənədləri ora təqdim edib ədalət mühakiməsinə nail olsun.

Azərbaycan hökuməti BMT-dən Ermənistanın bizə qarşı hərbi cinayətlərinə görə tribunal yaradılmasını tələb edə bilər. Bu qərarı Təhlükəsizlik Şurası verir. Amma onu da nəzərə almaq lazımdır ki, bu qurumda veto hüququna malik 5 daimi üzv var: Rusiya, ABŞ, İngiltərə, Çin və Fransa. Məlumdur  ki, Fransa veto hüququndan istifadə edəcək və tribunalın yaradılmasına imkan verməyəcək. Veto hüququ beynəlxalq təhlükəsizliyə xidmət etmir. Həmin mexanizm İkinci dünya müharibəsi bitəndən sonra formalaşıb və üstündən xeyli vaxt keçib, islahatlara ehtiyac var”. 

Siyasi şərhçinin iddiasına görə, 44 günlük müharibə vaxtı Xocalıda cinayət törətmiş şəxslər Azərbaycan tərəfindən ələ keçiriliblər, hazırda istintaq altındadırlar, növbəti mərhələdə onların məhkəməsi olacaq. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo