Siyasət

Xüsusi karantin rejimində məhkəmə prosesləri necə davam edəcək?

20 Aprel, 2020
612
Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar məhkəmə proseslərinin davam etdirilib-etdirilməməsi məsələsinə Ali Məhkəmənin Plenum iclasında baxılacaq.

Bunu "Report”un sorğusuna cavab olaraq Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli deyib. 

Onun sözlərinə görə, Ali Məhkəmənin Plenum iclası aprelin 23-də keçiriləcək və proseslərin uzadılmış karantin rejimi müddətində hansı qaydada keçirilməsi barədə qərar qəbul ediləcək. 

Qeyd edək ki, Ali Məhkəməsi Plenumu martın 19-da ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.

20 mart 2020-ci il tarixindən 20 aprel 2020-ci il tarixinədək qüvvədə olan Plenum qərarına əsasən, Azərbaycanın bütün məhkəmələrinə tövsiyə edilib ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin.

Qərara əsasən, hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunacaq.

Həmçinin, bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilib.
Siyasət

Müxalifət  "Pandora sənədləri" ilə bağlı Baş Prokurorluğa müraciət etdi

18 Oktyabr 2021

Turan

Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli  "Pandora sənədləri" beynəlxalq jurnalist araşdırması ilə bağlı ölkənin baş prokuroru Kamran Əliyevə müraciət ediblər. "Turan"ın məlumatına əsasən, müxalifət təmsilçiləri Baş Prokurorluqdan hərtərəfli və obyektiv araşdırma tələb edir. "Pandora sənədləri"nə əsasən, Azərbaycan Prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb. Cəmil Həsənli və Əli Kərimli xatırladırlar ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları "pulların yuyulması", vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda adları keçib. 2017 - ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə...
Siyasət

Azərbaycanlılar daha bir ölkəyə vizasız səfər edə biləcək

18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Oktyabrın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin əbdülrəhman əl-Tani ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib. Sənədi Azərbaycan və Qətərin Xarici İşlər nazirliklərinin rəhbərləri imzalayıblar. 
Seçilmiş Videolar