Siyasət

Yadigar Sadıqlı: "Qiymət artımı ciddi narazılıq doğuracaq"

1 İyul, 2021
622

Açıq mənbələrdən götürülüb

“Büdcəni vətəndaşın cibi hesabına doldurmaq cəhdləri hakimiyyətin Qarabağda qazandığı siyasi dividentləri sürətlə xərclədi”.

Ağ Partiyanın sədri Tural Abbaslı “Toplum TV”-yə açıqlamasında belə deyib.

Tarif Şurasının iyunun 30-da verdiyi qərara görə, təbii qazın istehlak qiyməti artıb, güzəştli istifadə limiti azaldılıb.

Yeni tarifə əsasən, qiymət artımı il ərzində 1200 kubmetrdən sonrakı istehlaka tətbiq ediləcək. İndiyə kimi əhali qrupuna aid abonentlərə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilirdi. Bu limit indi 1200 kubmetrə endirilir. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

Nazim Baydəmirli - Sosial Media

İqtisadçı Nazim Bəydəmirli deyir ki, əhaliyə kommunal xidmət göstərən iri vergi ödəyicilərinin tarifləri maya dəyərinə uyğunlaşdırılmalıdır: 

“Azərbaycan vətəndaşı haqlı olaraq sual edir ki, neft-qaz ölkəsində yaşadığım halda bunlar mənə niyə baha satılmalıdır? Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəbləri ondan ibarətdir ki, hökumət, yəni bu şirkətlərin rəhbərlikləri müxtəlif maliyyə mexanizmləri ilə satınalmaları kağız üzərində keçirərək külli miqdarda dövlət vəsaitini mənimsəyirlər. Nəticədə onların verdiyi xidmətin maya dəyəri yüksəlir və şirkətlərin dövlət büdcəsindən asılılığı daha artır. Ölkə başçısı bir neçə il əvvəl bu kimi şirkətlərin investisiya layihələrindən böyük məbləğlər aldıqlarını, həmçinin xarici maliyyə institutlarından kredit cəlb etdiklərini və bunu dövlətin ödədiyini vurğulamışdı. Eyni zamanda, həmin şirkətlərin intizamsız olduğunu bildirirək vətəndaşlara xitabən bu şirkətlərdən şikayət etmişdi”.

Ekspertin sözlərinə görə, bu məsələdə hökumətin davranışı adekvat deyil:

“Son illər ərzində Azərbaycanda neft-qaz çıxarılması sürətlə həyata keçirilib. Eyni zamada, “Əsrin müqaviləsi”nə və əlavə müqavilələrə görə, səmt qazı neft hasilatından asılı olaraq Azərbaycana pulsuz verilir. Yəni müəyyən istismar xərclərini çıxmaq şərtilə maya dəyərini hesablamaq olardı ki, bu da çox cüzi rəqəmlə hesablanır. Fikrimcə, bu qurumlar əhalini düşünsəydilər, qazı maya dəyərindən çox da baha satmazdılar. Azərbaycandakı idarəçilər qiymətlər qalxan zaman xarici ölkələrdən misal gətirirlər. Bu misallar isə xalqı ələ salmaqdan başqa bir şey deyil, çünki bu ölkələrin təbii resursları yoxdur, qaz və neft məhsullarını idxal edirlər. Azərbaycan hökuməti isə çox asan yol seçir, öz səmərəsiz idarəçiliyindən yaranan izafi xərcləri xalqın gəlirlərini azaldıb xərclərini artırmaq hesabına ödəyir”.

Bəxtiyar Hacıyev - Sosial Media

İctimai fəal Bəxtiyar Hacıyev “Feysbuk” hesabındakı paylaşımında qeyd edib ki, bundan sonra digər sahələrdə də bahalaşmalar gözlənilir:

“Bu gün təbii qaz qiymətləri əhali üçün qalxdı, güzəştli limit endirildi, işıq tarifləri qalxdı. Yaxın gələcəkdə ictimai nəqliyyat üçün qiymətləri də qaldıracaqlar. Öz pomidor istixanalarına zərər gəlməməsi üçün "kənd təsərrüfatının dirçəlişi" adı altında özlərinin aldıqları qazın qiymətini qaldırmadılar. Pensiya yaşı artırılır, insanlar pensiya yaşına çatmamış dünyalarını dəyişirlər. Məhkəmələrə müraciət üçün rüsumlar artırılır, yeni cərimələr düşünürlər, cərimə məbləğləri aşağı salınmır, güzəştlər edilmir. Yeni iş yerləri yaradılmır, dövlət büdcəsindən maliyyələşən işçilərin maaşları artırılmır. Sanki dövlət büdcəsi vətəndaşın belinə yüklənir. Artan tariflər, cərimələr hesabına. Vətəndaşın cibinə isə artan heç nə gəlmir”.
 
Qiymət artımı siyasəti sosial partlayışa gətirib çıxara bilərmi?
 
“Vətəndaşlar küçələrə çıxmayana qədər belə də davam edəcəklər. Vətəndaşdan yığıb, sorub, dövlət büdcəsinə yığacaqlar, oradan da milyon-milyon tenderlərlə öz ciblərinə. Aksiyalar başlamasa, bizi daha pis günlər gözləyəcək”, - B.Hacıyev belə hesab edir.

Tural Abbaslı - Sosial Media

Tural Abbaslı isə kütləvi aksiyaların gözlənilmədiyini deyir:

“İstənilən sahədə qiymət artımı əhalinin narazılığına və etirazına səbəb olur. Heç bir vətəndaş əlavə xərclərinin çıxmasını istəməz. Amma bu etirazların hansı formada biruzə verəcəyi başqa bir məsələdir. Düşünmürəm ki, qazın qiymətinin qaldırılması insanların kütləvi şəkildə küçələrə çıxması, razılaşdırılmış və ya razılaşdırılmamış aksiyalar keçirməsi ilə nəticələnsin. Vətəndaşlar narazılıqlarını öz ailələrində və ya məhəllələrində dilə gətirəcəklər. Yəni yaxın gələcəkdə veriləcək reaksiyalar bunlardır. Daha uzun müddətdə isə bu narazılıqlar pandemiya səbəbilə yığılan gərginliyi artıracaq və gələcəkdə mümkün sosial partlayışın tərkib hissəsi olacaq”.

Partiya sədrinin fikrincə, hakimiyyətin bu addımı onun nüfuzunun itirməsi ilə nəticələnəcək:

“Baxmayaraq ki, Azərbaycan hakimiyyəti Qarabağ zəfəri adı altında kifayət qədər güc toplamışdı, amma müharibədən sonra atdığı bütün addımlar sayəsində bu gücü əritməklə məşğuldur. Təkcə indiki bahalaşmalar deyil, bundan öncə benzin və dizelin qiymətinin artması, sosial müavinətlərin ləğv olunması kimi qeyri-populyar addımların atılması, büdcənin vətəndaşın cibi hesabına doldurulması cəhdləri hakimiyyətin Qarabağda qazandığı siyasi dividentləri sürətlə xərclədi”.

Yadigar Sadıqlı - Sosial Media

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı kütləvi etirazlarla bağlı proqnoz verməyin asan olmadığını deyir:

“Çünki cəmiyyətdə gedən proseslər hər hansı riyazi düstura tabe olmur. Amma əminliklə söyləmək olar ki, qiymət artımı ciddi narazılıq doğuracaq. Çünki çox az ailə tapmaq olar ki, bu qərar onun mənafeyinə təsir etməsin. Hətta iki nəfərlik ailələr belə, əgər normal istilik sistemi varsa, 1200 kubmetrlik limiti elə qış aylarında keçəcəklər. Tarif Şurasının bəyan etdiyinin əksinə olaraq dünən qəbul olunan qərar tamamilə antisosial yönümlüdür. Əhalinin həyat səviyyəsiylə müqayisədə təbii qazın qiyməti onsuz da ucuz deyildi və ailələrin kommunal büdcəsində ən böyük paya malik idi. Bundan sonra lap pis olacaq”.

Y.Sadıqlı da bu cür qərarların hakimiyyətin reytinqini azaltdığı qənaətindədir:

“Qarabağdakı qələbəyə görə artmış reytinqinin yüksək həddə qalması mümkün deyil. Çünki bu məsələ yavaş-yavaş arxa plana keçir və iqtisadi amillər önə çıxır. Burada isə vəziyyət heç də hakimiyyətin xeyrinə deyil. Hərbi əməliyyatların dayandırılmasından dərhal sonra qiymət artımına başladılar. Demək olar ki, bahalaşmayan ərzaq məhsulu qalmayıb. Özü də söhbət heç də qəpik-quruşdan getmir, yetərincə ciddi bahalaşma var. Əlbəttə ki, bu hakimiyyətin və şəxsən İlham Əliyevin reytinqinə təsirsiz ötüşmür”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo