Siyasət

Yalçın İmanov: “Anar Bağırov ya vəkillərin könlünü alır, ya da manipulyasiya edir”

23 Sentyabr, 2021
1033

Ona

“Dəyişikliklər edildikdən sonra bununla bağlı özünü sığortalamaq üçün fikir bildirmək manipulyasiya və ya könül almaq üçün atılan addımdır”.

Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məhkəmədə vəsatətlərin rədd edilməsi ilə bağlı həm həmkarlarına, həm də hakim korpusuna etdiyi müraciət haqqında “Toplum TV”-yə danışarkən belə deyir.  

Anar Bağırov sentyabrın 22-də “Feysbuk” hesabında yazıb ki, qanunvericiliyə görə rədd edilən vəsatətin əsaslandırılması məcburidir. 

“Vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Məhkəmə cinayət təqibi ilə bağlı məsələlərin hərtərəfli və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir” – Kollegiya sədri belə yazır.

O, heç bir əsas və səbəb göstərilmədən rədd edilən vəsatətləri yenidən qaldırmağa və bu halları mütləq həmin qərarlardan verilən şikayətlərdə əks etdirməyə çağırıb. 

Vəkil Yalçın İmanov isə bir qədər əvvəl əsassız vəsatət verən vəkillərin cərimələnməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edildiyini, üstəlik də bir çox dövlət qurumları ilə yanaşı Vəkillər Kollegiyasının da bu dəyişikliyə müsbət mövqe bildirdiyini xatırladır. 

Yalçın İmanov - Sosial Media

“Belə dəyişikliklər edildikdən sonra bununla bağlı özünü sığortalamaq üçün fikir bildirmək manipulyasiya və ya könül almaq üçün atılan addımdır” – vəkil söyləyir. 

O deyir ki, Kollegiya sədrinin söylədiyi kimi əsassız şəkildə rədd edilən vəsatətlər yenidən qaldırıla bilər, amma yeni dəyişikliyə görə, onlar əsassız və qanunsuz hesab olunanda vəkil cəzalandırılacaq. 

“Cəzalandırılan vəkil yenidən vəsatəti qaldıracaqmı? Yuxarı instansiya məhkəmələri bir çox hallarda yenidən qaldırılan vəsatəti aşağı instansiya məhkəmələrinin mövqeyi ilə rədd edir”, - Y.İmanov qeyd edir.

Vəkil İradə Cavadova hakimlərin vəsatəti rədd edərkən qərarı əsaslandırmadığını bildirir. O, vəkilin və yaxud Vəkillər Kollegiyasının hakim korpusuna təsir qüvvəsinin zəif olduğunu da ayrıca vurğulayır. 

“Bu problemin həll olunması üçün qanunvericilikdə dəyişikliklər ola bilərdi. Yəni hakimlər vəsatəti rədd edərkən bunun səbəbi hökmən əsaslandırılmalıdır, bununla bağlı qərar verilməlidir”. 

İradə -Cavadova - Açıq mənbələrdən götürülüb

Vəkil Samir İsayevin fikrincə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov sözügedən müraciəti təcrübəli vəkillərdən çox yeni vəkillərə edib: “Təcrübəli vəkillər bu prosesləri onsuz da edirlər. Cinayət prosesində müdafiəçinin qaldırdığı vəsatətlər əsassız olaraq məhkəmə tərəfindən rədd edilirsə, təmin edilmirsə və ya baxılmamış saxlanılırsa, bu halda təcrübəli vəkillər məhkəmənin yekun qərarından şikayət edərkən bunu qeyd edirlər. Ancaq yeni nəsil vəkillər və ya vəkillik təcrübəsi az olanlar verdikləri vəsatət rədd edilərkən ruhdan düşürlər”. 

Samir İsayevin sözlərinə görə, Anar Bağırovun müraciətinin məqsədi vəkillərin sona qədər mübarizə aparması, “hüquqi imkanları tükəndirməsi” ilə bağlıdır. 

“Proses Ali Məhkəməyə qədər getsə belə vəkillər sözlərindən dönməməlidirlər. Cinayət prosesini həyata keçirən orqanın çıxartdığı qərar əsaslandırılmalıdır, formal xarakter daşımamalıdır. Yəni  əsaslandırma maddələrdən və ya bir cümlədən ibarət ola bilməz”.  

Samir İsayev

Vəkillər Kollegiyasının sədrinin “Feysbuk”da yazdıqlarını sosial mediada şərh edən əksər vəkillər onun mövqeyini dəstəkləyir və hətta qanunvericiliyə dəyişikliklər edilməsini, xüsusən də vəsatətlərin əsaslandırılmadan rədd edilməsini əngəlləyən dəyişikliklər edilməsini təklif edənlər var. 

 “Toplum TV” deyilənlərə məhkəmə qurumlarından münasibət öyrənə bilməyib.

Razi Nurullayev - Rəsmi səhifə

Deputat Razi Nurullayev isə hesab edir ki, hakim vəsatəti əsassız şəkildə rədd edirsə, onun üçün də cəza tətbiq olunmalıdır: “Qanunda bu il dəyişiklik edilərkən biz kəskin etirazlarımızı bildirdik. Hakimlər vəsatəti qəbul etmədiyi halda vəsatətləri yenidən qaldıran vəkillərə 500 manat cərimə edilməsi geriyə atılmış bir addımdır. Bu addım vəkilləri də çox çətin vəziyyətə salır. Belə görünür ki, vəkil bu cəriməni cibindən ödəyən deyil. Bu cəriməni  kasıb iddiaçılar ödəyəcək”. 

Deputat parlamentin payız sessiyasında mövzu ilə bağlı hər hansısa müzakirə gedərsə, münasibətini bildirəcəyini deyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo