Siyasət

YAP-çı deputat: “Yeni idarəetmə forması süründürməçilik, rüşvətxorluq, korrupsiya kimi neqativ halların qarşısını alacaq”

Roza Məmmədova
14 Aprel, 2021
261

Açıq mənbələrdən götürülüb

“Hazırda biz işğaldan azad edilmiş ərazilərdə tamamilə yeni idarəçilik modelini təqdim edirik. Prezident hakimiyyətinin, Prezident Administrasiyasının fərqli idarəçilik modeli olacaq və inkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra”.

Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı belə deyib.

Qarabağda “yeni idarəçiliyə” bu ilin əvvəlində start verilib – yanvar ayında İ.Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Aydın Kərimovu prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi təyin edib. Amma yeni modelin hüquqi bazası və digər detalları barədə cəmiyyətə hələ ki heç bir məlumat verilməyib.

“İlham Əliyev Qarabağ deyəndə haranı nəzərdə tutur - yalnız işğaldan azad olunan əraziləri, yoxsa bütün Qarabağ regionunu? Azərbaycanda birbaşa prezidentə tabe olmayan rayon rəhbəri varmı?

Siyasi şərhçi Nahid Cəfərov “Toplum TV”-yə açıqlamasında belə deyib.

Nahid Cəfərov Foto:Sosial media

N.Cəfərovun fikrincə, belə idarəetmə sistemi inkişafa deyil, böhrana səbəb olur:

“Bu sistemdə rayon rəhbərləri insanların sürətlə dəyişən tələbinə uyğunlaşa bilmirlər və nəticədə idarəetmədə ciddi boşluqlar yaranır. Onlar problemləri aradan qaldırmağa yox, prezidenti məmnun etməyə çalışırlar. Heç bir rayonda Heydər Əliyev Mərkəzinə və ya Heydər Əliyevin heykəlinə tələbat yoxdur. İnsanlar qanunun aliliyinin təmin olunmasını, iş yerlərinin açılmasını, rüşvətin yığışdırılmasını, məmur özbaşınalığının aradan qaldırılmasını istəsələlər də, icra başçılarının əsas funksiyası narazıları sakitləşdirməkdən və İlham Əliyevin idarə etdiyi sistemə qarşı potensial etirazların qarşısını almaqdan ibarətdir”.

N.Cəfərov əlavə edir ki, yerli sakinlər tərəfindən seçilən rayon rəhbərləri alternativ model hesab oluna bilər:
“İlham Əliyev desəydi ki, mən Şuşada rəhbəri yerli seçkilər vasitəsilə yaranacaq idarəetmə mexanizmi yaradıram, bu, fərqli idarəçilik sistemi olardı. Ona görə düşünürəm ki, Şuşadakı idarəetmə ölkənin digər yerlərindəkinin eynisi olacaq”.

Yeni idarəçiliyin bütün Qarabağ ərazisinə aid edilməsi məsələsinə gəlincə, N.Cəfərov hesab edir ki, İlham Əliyevin işğal altında qalan torpaqları geri almaq niyyəti yoxdur:

“Torpaqları geri almaq istəyində olsaydı, etnik ermənilərə qarşı bu qədər nifrətlə köklənən propaqanda aparmazdı. Düşünərdi ki, sonda Xankəndində biz bu etnik erməni vətəndaşlarımızla birlikdə yaşamalıyıq. Amma o bunun tam əksini edir”.

“Fərqli idarəçiliyin tətbiqi zəruridir” - politoloq Ərəstun Oruclu belə deyir.

Ərəstun Oruclu Foto:Civil Azerbaijan

“Çox güman ki, mövcud icra skturukturları və onların iş prinsipi Qarabağdakı bərpa prosesi üçün əlverişli model sayılmır. Üstəlik, bölgədə “smart kənd”, “smart şəhər” modellərinin tətbiqi məsələsi gündəmdədir. Digər tərəfdən, həmin ərazilərdə yaşayış obyektləri yox səviyyəsindədir. Bu ərazilərdə mülkiyyətin bərpası və digər məsələlər suallar doğurur. Buna görə də bölgədə fərqli idarəçiliyin tətbiqi zəruridir və bu modelin hüquqi, iqtisadi, humanitar, texniki əsasları hazırlanmalıdır.

Yeni modelin hüquqi bazası parlamentdə qəbul olunmalı, həmin ərazilərdə idarərtmənin fərqli olması əsaslandırılmalıdır. Məsələn, bu gün Ağdam rayonunu Ağcabədi kimi idarə etmək olmaz. Azad edilən bölgələrdə hər şey sıfırdan başladığı üçün fərqli idarəçilik tətbiq olunmalıdır”.

Politoloqun fikrincə, bu bölgələrdə ənənəvi icra hakimiyyəti skturukturu yaradılsa, ayrılan vəsaitlər korrupsiyanın qurbanı olacaq: “Burada ayrı-ayrı nazirliklər fəaliyyət göstərəcək , bu baxımdan ciddi nəzarət sisteminə ehtiyac var. İcra başçıları nə dərəcədə nazirliklərə müqavimət göstərmək iqtidarında olacaq?”.

“Şuşa kimdədirsə, Qarabağ ondadır”

Politoloq belə deyir. Onun qənaətincə, Şuşada birbaşa prezidentə tabeli nümayəndəlik yaradılmasına ehtiyac yoxdur, şəhərin strateji əhəmiyyətini nəzərə alaraq güclü icraetmə sistemi qurulmalıdır.

“Hesab edirəm ki, ilk növbədə hərbi qarnizon yaradılmalı, ora daxili və sərhəd qoşunlarının skturukturları yerləşdirilməlidir. Şuşa daim təhdid altında olduğundan bu, çox vacibdir. Ermənilərin deportasiyası ciddi fəsadlara yol açar, bu baxımdan onların inteqrasiyası üçün səlahiyyətli icra skturukturlarının yaradılmasına ehtiyac olacaq”.

“Hazırda xüsusi idarəetmənin prespektivlərinə böyük ümidlər var” – YAP-çı deputat Elman Nəsirov belə deyir.

E.Nəsirovun fikrincə, yeni idarəçilik forması süründürməçilik, rüşvətxorluq, korrupsiya kimi neqativ halların qarşısını alacaq:
“Çünki nümayəndə ayrı-ayrı adamlara deyil, birbaşa prezidentə tabedir, digər orqanlardan asılılığı yoxdur və baş verənlərə cavabdehdir. Qarabağda görüləcək işlərin effektivliyini artırmaq üçün bu, olduqca önəmlidir. İstisna deyil ki, Qarabağda tətbiq ediləcək yeni idarəçilik sonra bütün Azərbaycana şamil olunsun. Prezident Şuşanı, o cümlədən bütün Qarabağı cənnətə çevirməyi hədəfləyib. Bu baxımdan yeni yanaşmalar böyük önəm kəsb edir”.

Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar