YAP
“Qadınlar üçün ayrıca bir şura yaradılanda elə təsəvvür yaranır ki, dərəbəylik, diskriminasiya var. Sanki bu səbəbdən partiyada belə bir təşkilat var".
YAP-ın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı partiyanın Qadınlar Şurasının ləğv olunması ilə bağlı suala cavab verərkən "Toplum TV”-yə belə deyib.
Partiyanın martın 5-də keçirilmiş qurultayında deputat Bahar Muradovanın sədr təyin olunduğu YAP Qadınlar Şurası martın 11-də ləğv olunub.
Bu strukturun ləğvinin səbəbləri barədə danışmayan İbrahimqızı deyib ki, YAP parlamentdə qadın deputatlarla təmsil olunan yeganə partiyadır: "Parlamentdə ən çox təmsil olunan bizim partiyadır. Digər müxalifət partiyalarının bir qadın namizədi belə yoxdur. Həmçinin parlamentin sipikeri, ölkənin vitse-prezidenti qadındır. Ölkədə, demək olar ki, bütün icra başçılarının qadın müavini var”.
Milli Məclisin deputatı Sevinc Hüseynova YAP-ın Qadınlar Şurasının ləğvini belə şərh edib: “Azərbaycanda müstəqil dövlət yaradılanda əsas məqsəd qadınların siyasi partiyalarda iştirakını təmin etmək və qadın üzvlərinin sayını artırmaq idi. İllər ərzində Qadınlar Şurası bu fəaliyyətə köklənmişdi. Biz artıq o hədəfə nail olduq”.
Onun fikrincə, müstəqilliyin ilk illərində kişi qadın bərabərliyi üçün hüquqi baza yox idisə, bu illər ərzində çox mükəmməl bir hüquqi əsas yaradılıb: “Qadınlar Şurası olsa da, olmasa da, bu dövlətdə mükəmməl qadın siyasəti artıq öz yerini tapıb. Şura qadınları ictimai fəaliyyətə, aktiv olmağa dəvət etmək üçün vardı. Bu illər ərzində YAP-ın üzvləri 700 mini keçdi, bunun da təxminən yarısını qadınlar təşkil edir. Yəni artıq biz bu məqsədə çatmışıq. Bizim qadın üzvlərimiz İdarə Heyətində təmsil olunurlar və digər məsələlərdə də aktiv iştirak edirlər”.
YAP-ın Qadınlar Şurası 1995-ci ildən fəaliyyət göstərir.
Bu strukturun ləğv edilməsi nizamnaməyə dəyişiklə əsaslandırılıb.
Rəsmi səhifə
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?