Siyasət

Yeniyetməni zorlamaqda ittiham olunan şəxs həbs olundu

21 Oktyabr, 2021
817

Rəsmi səhifə

Sənay Yağmura (Qəhrəmanlı) qarşı cinsi təcavüzdə şübhəli bilinən şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə oktyabrın 21-də Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ağazadə Əsgər Yusif oğluna Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

2004-cü il təvəllüdlü Sənay yazıçı Zümrüd Yağmur və siyasətçi Fuad Qəhrəmanlının qızıdır. 

Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.

O deyib ki, ona bu zorakılığı edən bacısı oğlu Əsgər Ağayevdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Putin növbəti dəfə Əliyevə zəng edib

26 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb. Bundan əvvəl Putin Əliyevə oktyabrın 31-də və noyabrın 22-də zəng etmişdi.
Siyasət

Müdafiə Nazirliyi: Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

26 Noyabr 2022

Rəsmi səhifə

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib. Bu barədə noyabrın 26-da Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib",- məlumatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo