Siyasət

Yunis Səfərov həbsdə aclığa başladı 

26 Yanvar, 2022
353

Açıq mənbələrdən götürülüb

“Bu adamların heç birinin günahı yoxdur”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işinə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.

"Meydan TV"-nin məlumatına görə, yanvarın 26-da keçirilən məhkəmə iclasında Yunis Səfərov bildirib ki, yanvarın 23-dən aclıq aksiyasına başlayıb. Onun sözlərinə görə, bu yolla “mütəşəkkil cinayətkar dəstə” ittihamına etiraz edir. Yunis Səfərov bildirib ki, Elmar Vəliyevi əhaliyə zülm elədiyinə görə vurub və bu addım onun təkbaşına təşəbbüsü olub.

Hüquq-mühafizə orqanları baş verənlərə başqa don geyindirmək üçün məsələyə heç bir aidiyyəti olmayan adamları həbs edərək, onları mütəşəkkil cinayətkar dəstənin üzvləri kimi təqdim edib, adamlardan işgəncə altında bir-birinin əleyhinə ifadələr alıb: “Bu adamların heç birinin günahı yoxdur”.

Yunis Səfərov onu da bildirib ki, məhkəmədə çıxış etmək üçün hazırladığı mətni istintaq təcridxanasında əlindən alıblar: “Bu da ciddi qanun pozuntusudur”.

Hakim bildirib ki, növbəti məhkəmə iclasında da ona çıxış etmək üçün imkan yaradılacaq.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev hüquqlarını müdafiə etdiyi şəxsə qarşı 30-dan artıq maddə ilə irəli sürülmüş ittihamların əksəriyyətinin əsassız olduğunu və sübuta yetirilmədiyini bildirib. Vəkilin sözlərinə görə, Yunis Səfərovun əməli Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilməlidir.

Təqsirləndirilən şəxslərdən Firudin Zeynalov, Vüqar Məmmədov, Mahir Əzizov və digər təqsirləndirilən şəxslər, eləcə də onların vəkilləri çıxış edərək, birinci instansiya məhkəməsində hakimlərin heç bir araşdırma aparmadan ittiham aktının hökmə köçürüldüyünü, sifarişlə Yunis Səfərov və digərlərinə cəza verildiyini vurğulayıb:

“Mahir Əzizova 20 il həbs cəzası verilib. Yazılıb ki, radikal dini dövlət yaratmaq istəyib. Guya radikal şiədir. Əslində isə bu adam süni təriqətinə mənsubdur, hətta şiələrlə mübahisə edib. Bu qədər absurd olmaz…”
Məhkəmə prosesi fevralın 8-də davam edəcək.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasında Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ömürlük həbs cəzası verilib.

Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən, lakin təqsirləndirilən şəxs kimi tanınan Anar Bağırov və Ağa Sərxani isə təqsirli sayılsalar da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.

Yunis Səfərov özünü qismən təqsirli bilir. O, icra başçısını öldürmək istədiyini etiraf edir. Lakin deyir ki, bu addımın səbəbi ölkədə dövlət çevrilişi etmək, dini dövlət qurmaq və s. olmayıb. Bu barədə ittihamda yazılanlar yalandır və hadisənin əsl səbəbi ilə bağlı ictimaiyyəti çaşdırmaq niyyətilə ortaya atılıb. Yunis Səfərovun sözlərinə görə, hadisənin əsl səbəbi Elmar Vəliyevin uzun illər əhaliyə zülm etməsidir. O, digər təqsirləndirilən şəxslərin bu işə aidiyyəti olmadığını, sui-qəsd planını təkbaşına hazırladığını vurğulayıb:

“Əgər biz mütəşəkkil dəstə olsaydıq, evlərdən orada yazıldığı qədər silah-sursat çıxsaydı, Elmar Vəliyevi vurmaq üçün silahı polisdən niyə götürüb qaçırdım? Yaxud da niyə icra hakimiyyətində bu işi görürdüm, elə dəstənin üzvlərindən biri Elmar Vəliyevin getdiyi yerləri, evini müəyyənləşdirərdi, orada eləyərdim. İttihamda yazılanlar cəfəngiyyatdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo