Zaxarova Avropa İttifaqının vasitəçiliyi barədə: "Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamayacaq"
Tass
“Rusiyanın strateji məqsədi Cənubi Qafqazda sabitliyə və tərəqqiyə töhfə verməkdir. Bu yolda əsas vəzifələrdən biri rəsmi Bakı və Yerevanın münasibətlərinin kompleks şəkildə normallaşması, həmçinin dayanıqlı sülhün bərqərar edilməsidir”.
TASS yazır ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova açıqlamasında qeyd edib ki, bu istiqamətdə səylərin əsasını təşkil edən ölkə rəhbərlərinin imzaladığı üçtərəfli bəyannamədir.
“Rusiya bütün məsələlərdə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və ictimai dialoqun qurulması, həmçinin sülh müqaviləsinin işlənib hazırlanmasında tərəfdaşlarına hərtərəfli dəstək göstərir”, - XİN nümayəndəsi deyib.
“Avropa İttifaqının yüksək səviyyədə üçtərəfli razılaşmaların icrası prosesinə qoşulma səylərinin şahidi oluruq. Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamayacaq, əksinə, üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”, - deyə o əlavə edib.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb