Siyasət
Özbəkistan Türk Şurasına üzv olmaq istəyir
12 Sentyabr, 2019
Baxış: 179
Özbəkistan hökuməti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvlüyünə daxil olmaq üçün rəsmi olaraq qurumun katibliyinə müraciət edib.

Anadolu Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O həmçinin Türkmənistan hökumətinin də TDƏŞ-ə müşahidəçi üzvlüyə qəbul olunmaq arzusunu, bununla bağlı Şuranın baş katibi Bağdad Amreyevin Aşqabada yollanacağını diqqətə çatdırıb.

Nazir TDƏŞ-in 16 oktyabr tarixində keçiriləcək növbəti zirvə görüşü ərəfəsində genişlənməsini müsbət səciyyələndirərək təşkilatın mühüm regional oyunçuya çevriləcəyinə ümidvar olduqlarını qeyd edib.

Bununla yanaşı, TDƏŞ-in ötən il keçirilən İssıq-göl sammitində Macarıstanın müşahidəçi qismində iştirak etdiyini xatırladan türkiyəli nazir sentyabrın 19-da Budapeştdə Şuranın xarici işlər nazirlərinin iştirakı ilə qurumun Avropa mərkəzinin açılacağını da bildirib.
Siyasət

Böyük Britaniya Qarabağdakı qələbə münasibətilə Azərbaycanı təbrik etdi

22 Yanvar 2021
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp II Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O, təbrikini yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşündə çatdırıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.
Siyasət

Putin Avropa Birliyi ilə Navalnı məsələsini müzakirə etdi

22 Yanvar 2021
Rusiya Prezidenti Vladimir Putin və Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub. Kremldən yanvarın 22-də verilən məlumata görə, telefon danışığı zamanı Şarl Mişelin xahişi ilə Aleksey Navalnı məsələsi də müzakirə edilib. Ancaq müzakirələrin hansı istiqamətdə getdiyi barədə detallı informasiya verilməyib. Məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa Biriliyi Şurası arasındakı münasibətlərin vəziyyəti, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb. Yanvarın 18-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı paytaxt Moskvada hava limanında həbs olunub. Yanvarın 23-də müxalifət liderinin həbsinə etiraz əlaməti olaraq Rusiyanın bir çox bölgələrində kütləvi...
Seçilmiş Videolar