Siyasət

Zelenski Qarabağda baş verənlərdən danışdı

4 Avqust, 2022
279

Açıq mənbələrdən götürülüb

Ukrayna Prezidenti Volodimir Zelenski Qarabağda baş verən son gərginlikdən danışıb. 

Sosial media hesablarındakı video müraciəti zamanı Prezident bildirib ki, dünyada artan münaqişələr və təhdidlər qlobal təhlükəsizlik arxitekturasının artıq işləmədiyini göstərir.  

"Əvvəlcə Balkanlar, sonra Tayvan, indi bəlkə də Qafqaz... Bütün bu situasiyalar sanki fərqli cür görünür, əslində isə onları birləşdirən bir amil var, bu da məhz qlobal təhlükəsizlik arxitekturasının artıq işləməməsidir, əgər işləsəydi, bu münaqişələr olmazdı”, - deyə Prezident bildirib. 

O qeyd edib ki, Ukrayna illərdir - Rusiya beynəlxalq hüquqa tamamilə məhəl qoymayandan bəri buna diqqət yetirir.

Zelenski Krımın, Donbasın işğalından və Malayziya təyyarəsinin  vurulmasından sonra Rusiyanın üzərinə məsuliyyət qoyulmadığını, Moskvanın dünya ilə siyasi və işgüzar əlaqələri saxladığını vurğulayıb. "Qlobal münasibətlərdə bir çoxları onun da yenə uğur qazanacağına inanırlar", - Zelenski deyib.

O qeyd edib ki, heç bir ölkənin başqa ölkəyə qarşı terrora əl atmamasını təmin edəcək effektiv qlobal təhlükəsizlik arxitekturası olmalıdır.

Zelenskinin sözlərinə görə, Ukrayna və tərəfdaşları hazırda bunun üzərində işləyirlər.

https://toplum.tv/siyaset/pasinyan-azerbaycan-dagliq-qarabag-adli-erazinin-movcudlugunu-qebul-etmelidir

Azərbaycan Ordusu avqustun 3-də Qarabağda “Qisas" əməliyyatı keçirib. 

Əməliyyat terror-təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu - əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasının qisası kimi xarakterizə edilib. 

Əməliyyat zamanı dronlardan da istifadə edilib. 

Erməni tərəfi 3 hərbçisinin həlak olduğunu, çox sayda hərbçisinin yaralandığını bildirib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub. 

Siyasət

İlham Əliyev: “Qisas” əməliyyatı cəza tədbiri idi

12 Avqust 2022

Rəsmi səhifə

"Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. İlham Əliyev bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyib.  "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz", - deyə o qeyd edib.  https://toplum.tv/siyaset/mudafie-nazirliyinden-qarabagdaki-emeliyyatlarla-bagli-aciqlama Prezident həmçinin bildirib ki, Azərbaycan...
Siyasət

Şəmkirdə əməliyyat, vəzifəli şəxs saxlanıldı

12 Avqust 2022

Rəsmi səhifə

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Bu barədə avqustun 12-də Baş Prokurorluqdan məlumat verilib.  Bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparıldığı qeyd olunub.   

Seçilmiş Videolar

Toplum TV loqo