Siyasət

Zərdüşt Əlizadə: “Ter-Petrosyan düz deyir, amma gec deyir"

Məzahir Abdurahmanov
16 İyun, 2021
1865

Sosial Media

“Petrosyan əvvəl deyirdi ki, Qarabağ Ermənistanındır. Güc biz tərəfdədir, qarşılıqlı güzəştə getmək lazımdır, amma indi fərqli şey deyir. Burnu əziləndən sonra daha radikal, sırtıq Koçaryan tərəfindən kənara itələndikdən sonra ağlı başına gəlib". 

Bunu politoloq Zərdüşt Əlizadə Ermənistanın ilk prezidenti  Levon Ter-Petrosyanın çıxışını “Toplum TV”-yə şərh edərkən belə deyib.

O bildirib ki, Ermənistan müxalifəti artıq reallıqla barışıb və müharibədəki məğlubiyyət onları belə açıqlamalar vermək məcburiyyətində qoyub. 

Levon Ter-Petrosyan - Açıq mənbələrdən götürülüb

Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan deyib ki, "itirilmiş ərazilərin" müntəzəm surətdə qaytarılması fikri absurddur: "Qarabağ probleminin həlli üçün ən münasib dövr 1994-cü il idi. Azərbaycan onda çox acınacaqlı vəziyyətdəydi, status məsələsi həll olunmamışdısa da, Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisi qalırdı, Laçın dəhlizi də həmçinin, sülhməramlılar gələcəkdi".

Məlumatı "Novosti-Armeniya" yayıb.

"Bu məsələdə müttəfiqimiz yoxdur, heç vaxt da olmayıb. İndi hər şey daha da çətinləşib, əvvəllər bizim qarşılıqlı güzəşt imkanımız vardı, indi isə yoxdur. Biz bu fürsəti əldən qaçırdıq. Bizim heç nəyimiz yoxdur, Ermənistanın səsi heç nəyi həll eləmir", - Ter-Petrosyan belə deyib. 

Z. Əlizadənin hesab edir ki, Petrosyan bu fikirləri düz, amma gec deyir: “İş işdən keçəndən sonra belə bir addım atdı. İkincisi, cəmiyyət rasional xeyri anlamır. Əksəriyyət reallığı qəbul etmir, elə naxoşlayıb, elə azarlayıblar ki, dönüb öz xeyrinə olan məsləhətləri qəbul etmək istəmirlər. Bu da seçkidə qüvvələr nisbətini daha radikal olanların xeyrinə dəyişir. Hətta Petrosyanın partiyasının parlamentə düşmə ehtimalı çox aşağıdır”.

Onun fikrincə, Ermənistan cəmiyyətinin Azərbaycan və Türkiyə ilə barışığa getməsi mümkündür: “Vaxtilə amansızcasına bir-birini qıran Rusiya ilə Almaniya indi çox xoş münasibət qurublar. Fransızlar almanlara, almanlar da fransızları nifrət edirdilər, amma indi yaxın müttəfiqdirlər. Zaman istənilən xəstəliyin dərmanıdır”.

Siyasi şərhci hesab edir ki, Azərbaycan və Türkiyənin də dostluq münasibəti qurmağa marağı var: “Kim istəməz ki, qonşusu ilə mehriban olsun. 2900-dan çox gəncimiz həlak olub. Nə qədər analar, atalar qəm-qüssəyə, kədərə qərq oldu. Əlbəttə, biz də istəyərik ki, barışıq olsun”.

Z.Əlizadə deyir ki, Petrosyanı Don Kixot adlandırmaq olmaz: “Əgər o Don Kixot olsaydı, iki dəfə prezident seçilməzdi. O, indi çarəsizlikdən belə edir. Vaxtilə o da elə məhz Qarabağ hərakatında öndə gedənlərdən biri və Qarabağı qopartmaq istəyən müharibə tərəfdarı biri idi".

Siyasət

Azərbaycan İsraildə ilk rəsmi nümayəndəliyini açdı - reaksiyalar

Məzahir Abdurahmanov
29 İyul 2021

Rəsmi səhifə

"Azərbaycanla İsrail münasibətlərinin güclənməsinə İran ciddi reaksiya verməyəcək”. Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Azər Qasımlı deyib. Bu gün İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılıb. İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” səhifəsində məsələyə belə münasibət bildirib: “Həmin o gün gəldi. Bu gün biz Azərbaycan rəsmilərini İsraildə ticarət nümayəndəliyinin açılışı ilə bağlı qarşılayırıq. Bu, ölkədəki ilk rəsmi mövcudluğudur. İndi Azərbaycanın İsraildə ilk rəsmi evi var! Bu gün aramızdakı əlaqələr tarixində mühüm bir gündür. Nazir M.Cabbarov və nazir Y.Razvozov birgə lenti kəsərək Azərbaycanın İsraildəki ticarət nümayəndəliyini açıblar”. Azər Qasımlı - Sosial Media A.Qasımlı hesab edir ki, İsraildə Azərbaycanın ticarət nümayəndəliyinın açılmasını İran təbii...
Siyasət

Siyasi şərhçi: "Rusiya istəsə, Ermənistan KTMT-dən istifadə edə bilər"

Məzahir Abdurahmanov
29 İyul 2021

Sputnik

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik etməsi qurumun regional siyasətini dəyişməyəcək. Bu, sadəcə, rotasiya üsüludur".   Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Zaur Əkbər deyib.   Ermənistan 16 sentyabr 2021-ci ildən KTMT-nin sədrik edəcək.   "Hesab edirik ki, KTMT mövcud vəziyyətə uyğun cavab verməlidir, çünki bu, təşkilatın öhdəliyidir. 16 sentyabrdan etibarən Ermənistanın bütün sonrakı nəticələri ilə KTMT-nin sədri olacağına diqqət yetirmək lazımdır”, - bunu "Mənim Adım" blokunun deputatı Ruben Rubinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib/ Zaur Əkbər - VOA  Z.Əkbər deyib ki, KTMT Rusiyanın təşəbbüsü ilə yaranan bir qurumdur: “Orada gedən bütün proseslərə Rusiya nəzarət edir. Azərbaycanın Rusiya ilə...
Seçilmiş Videolar