Sosial

“1033” gecə klubunun rəhbəri həbs edildi

23 Noyabr, 2021
95

Rəsmi səhifə

Paytaxtın Yasamal rayonunda yerləşən “1033” gecə klubunda koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı gecə klubuna gələn şəxslərin “Covid” pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu müəyyən olunub. Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhklum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “1033” gecə klubunun rəhbəri Mehdi Abbasov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sosial

Xarici ölkələrdə təhsil alanların diplomu tanınmadı

3 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyə Respublikasından 106, Rusiya Federasiyasından 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliya Respublikasından 6, digər ölkələrdən isə...
Sosial

Azərbaycan Ordusunun giziri həlak oldu

3 Dekabr 2021

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub. Bu barədə dekabrın 3-də Müdafiə Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Seçilmiş Videolar